Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   103   104   105   106   107   108   109   110   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 98 
Bunun üçün yüksək nailiyyətlər əldə etmiş idmançıların nümunəsi çox vacibdir. Hələ 
qədimlərdən ulu babalarımız qəhrəmanlıq nümunələri göstəriblər, döyüşlərdə qalib çıxıblar. 
Vətənimizi, xalqımızı öz gücü ilə, qüvvəsi ilə, qəhrəmanlığı ilə qoruya biliblər. 
Bu ona görə mümkün olurdu ki, onlar daim özlərini fiziki cəhətdən yaxşı hazırlayırdılar. İndi 
bütün dünyada idman və bədən tərbiyəsi müasir səviyyədə inkişaf edir. Belə bir dövrdə Azərbaycanda 
da idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verilir. Bu böyük vəzifənin 
yerinə yetirilməsi işinə ailədən, uşaq bağçalarından başlanılır. Daha sonra bu iş orta məktəblərdə 
davam etdirilir. 1996-cı il iyunun 29-da respublika idmançıları XXVI Yay Olimpiya oyunlarında 
iştirak etdilər. Onların yola düşmələri ərəfəsində idmançılara xeyir–dua verərək H.Əliyev demişdir: 
―Sayca az da olsanız, ilk dəfə Azərbaycan xalqını, respublikamızı olimpiya oyunlarında təmsil edərək 
Azərbaycanı bütün dünyaya tanıdacaqsınız.‖ Ulu öndər H.Əliyev daha sonra əlavə edərək deyir ki
məsələ heç də medal qazanmaqda, rekord əldə etməkdə deyil. Başlıca məsələ odur ki, Azərbaycan ilk 
dəfə olimpiya oyunlarında müstəqil bir dövlət kimi iştirak edir. 
İnsana fiziki sağlamlıq nə qədər vacibdirsə, mənəvi sağlamlıq da bir o qədər vacibdir. İnsanda 
sağlam fikir olmasa, onun cəmiyyətə, dövlətə heç bir faydası olmaz. Düzlük, həqiqəti sevmək, halallıq 
və digər mənəvi keyfiyyətlərlə formalaşan sağlam insan siması müqəddəs kitablarda, klassiklərin 
əsərlərində tarix boyu öz əksini tapmışdır. Şəxsiyyətin formalaşmasında mənəvi təmizlik, yüksək ali 
mənəviyyat, inam və əqidə saflığı, düşüncə və təfəkkür azadlığı mühüm rol oynayır. Bunlar ―Kitabi-
Dədə Qorqud‖ abidələrində, dastanlarda, ölkə ərazisində olan digər tarixi abidələrdə öz əksini 
tapmışdır. Ulu öndər H.Əliyevin fəlsəfi baxışlarına nəzər saldıqda məlum olur ki, düzgünlük, 
doğruçuluq, sağlam fikir bu insan üçün əsl həyat normasıdır. O, həmişə öz fikirləri ilə Azərbaycan 
gənclərini bu ruhda tərbiyə etməyə çalışırdı. H.Əliyev öz fəaliyyətini həmişə ciddi prinsiplər əsasında 
qurur və bu prinsiplərə axıra qədər sadiq qalır. O bilirdi ki, həyatda qazandığı uğurların bir səbəbi də 
budur və hamıya bu yolun seçməyi tövsiyə edirdi. 
Onun fikrincə, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə daha 
çox lazımdır. Bu baxımdan məktəbin, müəllimin üzərinə böyük bir məsuliyyətli iş düşür. Məktəb 
xalqımız, dövlətimiz üçün bilikli, kamil vətəndaşlar yetişdirməlidir ki, ulu öndər H.Əliyevin həyata 
keçirdiyi xarici və daxili siyasətə məhəbbət, ehtiram bəsləsin. Onlar Vətənə, orduya sədaqətli, mərd, 
cəsur, yenilməz gənclər kimi XXI əsrin layiqli qurucuları olmalıdır. Onun bu mənada müəllim və 
tərbiyəçilər haqqında dediyi sözlərin çox böyük əhəmiyyəti vardır. 
Müəllim əməyinin əhəmiyyətli olduğunu vurğulayan ümumilli lider H.Əliyev demişdir: 
―müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli 
vətəndaşlar hazırlayır‖. 
Azərbaycanda iki mindən çox məktəbəqədər, 4-5 mindən çox ümumtəhsil, 60-dan çox orta 
ixtisas, 50-yə qədər ali ali təhsil müəssisələrində təhsil olan uşaq və gənclərin təlim və tərbiyəsi ilə 
məşğul olan 400 minə qədər pedaqoji işçinin hər biri öz vətənini sevən əsl vətəndaş, əsl tərbiyəçidir. 
Azərbaycanını xoşbəxt gələcəyi, layiqli davamçıların hazırlanması məhz müəllim əməyindən asılıdır. 
Bu insanların hər biri tarix qarşısında, dövlətin taleyi naminə xalq, vətən qarşısında borclarını aydın 
dərk edirlər. H.Əliyevin geniş və çoxcəhətli fəaliyyətini öyrənmək və öz yetirmələrini bu ruhda tərbiyə 
etmək üçün pedaqoji işçilər çox iş görürlər. 
Ulu öndər H.Əliyevin yaradıcılıq, quruculuq qabiliyyəti olmuşdur. Xalqın tarixinin, həyatının 
çətin və həlledici anları olduğu zaman ümummili lider ölkəni parçalanıb məhv olmaq təhlükəsindən 
xilas etmişdir. Onun xilaskarlıq missiyasını yerinə yetirmək məharətini gənc nəslə çatdırmaq və onları 
bu ruhda tərbiyə etmək müəllim və tərbiyəçilərin öhdəsinə düşür. Elə buna görə də yeniyetmə və 
gənclərimiz hər işdə, hər sahədə böyük rəhbərə oxşamağa çalışır, ona xas olan mənəvi keyyfiyyətləri 
mənimsəməyə səy göstərirlər. Məhz belə bir fəaliyyət nəticəsində böyük rəhbərə qarşı sevgi və 
məhəbbət vardır. Məktəbdə, küçədə, evdə-hər yerdə H.Əliyevin fəaliyyətindən, xeyirxahlığından ürək 
dolusu, iftixarla söhbət açılır. Televiziya kanallarından, təhsil ocaqlarından öyrəndikləri biliklər böyük 
rəhbərə sevgi və məhəbbət yaratmışdır. Ətraf aləmdən aldığı məlumatlar, müəllimlərin dediyi xoş 
sözlər yeniyetmə və gənclərə ruh yüksəkliyi verir, müstəqil Azərbaycanın gözəl gələcəyinin olacağına 
inanırdı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin