Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə94/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   90   91   92   93   94   95   96   97   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 85 
1960-1970-ci illərdə kənd təsərrüfatının inkişafına da diqqət yetrilirdi. 70-80-ci illərdə bir sıra 
kanallar, su qurğusu və dəryaçalar tikilib istifadəyə verildi. 
1970-ci illərin sonu-1980-cı illərin birinci yarısında üzümçülük intensiv inkişaf edirdi. Lakin, 
1980-ci illərin ikinci yarısında bütün SSRİ-də alkoqolizmə qarşı mübarizə kampaniyasının başlanması 
ilə yüz min hektradan çox üzümlük məhv edildi. 
1950-1960-ci illərdə respublikanın dağlıq rayonlarında kiçik heyvandarlıq təsərrüfatının ləğv 
edilməsi burada heyvandarlığın inkişafının ləngiməsinə səbəb oldu. 80-90-cu illərdə iri heyvandarlıq 
komplekslərinin tikilməsi belə bu sahədə köklü dəyişiklik edə bilmədi. 
Bəhs olunan dövrdə SSRİ-nin mərkəzi şəhərlərini tərəvəzlə təmin etmək üçün Lənkəran
Astara, Quba və Xaçmaz rayonlarında, əsasən, tərəvəzçilik inkişaf etdirildi. 1970-1980-cı illərdə 
nəqliyyat – kommunikasiya vasitələrinin inkişafına da diqqət yetirilirdi. 
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə SSRİ-nin ən böyük və nifüzlu ali 
məktəblərində 17 mindən çox yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. 
Respublikada milli-hərbi kadrlar yetişdirmək üçün H.Əliyev 1971-ci ildə G.Naxçıvanski adına 
Respublika orta ixtisaslaşdırılmış internet məktəbini aşdırdı. Eyni zamanda respublikadan kənarda 
hərbi kadrların hazırlanması işinə diqqət artırıldı. 
Sovet təhsil sisteminin çatışmazlıqlarına baxmayaraq, Azərbaycan təhsil sistemi inkişaf edirdi. 
Bu dövrdə Azərbaycan astronomlarının elmi nailiyyətləri bütün dünyada tanındı. Beynəlxalq 
Astronomiya İttifaqının qərarı ilə astronom N.İbrahimovun şərəfinə Mars planeti kraterlərindən birinə 
―ibrahimov krateri‖, üç asteroidə ―Azərbaycan‖, ―Nizami Gəncəvi‖, ―ŞAR‖ (Şamaxı Aztrofizika 
Rəsədaxanası) adı verildi. 
İctimai elmlər sahəsində Ziya Bünyadov kimi alimlər tarixi saxtalaşdıranlara qarşı öz fikirlərini 
açıq şəkildə bildirirdilər. Lakin kommunist ideologiyasının güclü təsiri altında olan ictimai fənlərin 
əsas xüsusiyyəti sosislist təsərrüfat sisteminin qüsurlarını ört-basdır etmək idi. 
Göstərilən dövrdə Nizaminin, Xəqaninin, Nəsiminin, N.Tusinin, Ü.Hacıbəyovun, 
M.Maqomayevin, H.Cavidin və Aşıq Ələsgərin yübileyləri keçirildi. Azərbaycan Milli Teatrının 100 
illiyi qeyd olundu. 1982-ci ildə H.Cavidin cəsədinin qalıqları İrkutsk vilayətindən gətirilib Naxçıvanda 
dəfn edildi. Bakıda Ü.Hacıbəyovun, S.Vurğunun, C.Cabbarlının, Bülbülün, Naxçıvanda H.Cavidin ev-
muzeyləri açıldı. 
Bu dövrdə Azərbaycan mətbuatının inkişafı da irəliləyişlərlə əlamətdar oldu. Bakıda ―Sovet 
türkologiyası‖ jurnalı (1970), ―Qobustan‖ incəsənət almanaxı (1969), ―Ulduz‖ Jurnalı (1967), 1976-
1987-ci illərdə ilk milli ensiklopediya-―Azərbaycan Sovet Ensiklopediyası‖ çap olundu. ―Ulduz ‖ və 
―Qobustan‖ jurnalları xalqın özünüdərk və milli dirçəliş prosesində mühüm rol oynayırdı. 
Azərbaycan incəsənətində də mühüm irəliləyişlər əldə edildi. Azərbaycan musiqisi Qara 
Qarayevin ―Zəriflik‖ monooperası və ―Dostluq himni‖ kantatası, Fikrət Əmirovun ―1001 gecə və 
―Nizami‖ baletləri, dünayada ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın ―Gəlin qayası‖ 
operası ilə daha da zənginləşdi. Rauf Hacıyev, Emin Sabitoğlu, Ağabacı Rzayeva, Polad Bülbüloğlu, 
müğənnilərdən Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Müslüm Maqamayev, Rübabə 
Muradova, Lütfiyar İmanov, Qədir Rüstəmov, pianoçular Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə 
azərbaycan müsiqisinin inkişafına öz töhfələrini verdilər. 
Rejisorlardan T.Tağızadə, H.Seyidbəyli, E.Quliyev, R.Ocaqov, V.Mustafayev, aktyorlardan 
Məlik Dadaşov, Əliağa Ağayev, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Amalya Pənahova, Rasim 
Balayev, Fuad Poladov, Həsən Turabo v, Həsən Məmmədov, Səməndər Rzayev və başqalarının iştirakı 
ilə maraqlı kino əsəsləri yaradıldı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin