Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   81   82   83   84   85   86   87   88   ...   114
Azərbaycan tarixi

Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı? 
1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil 
Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı 
«Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Tehranda Böyük Britaniya nümayəndəliyi mərkəzi hökumətin Azadistana (Azərbaycana) 
hazırladığı silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil 
edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 78 
«Təcəddüd» qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına 
baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. 
Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda mübarizədə şəhid oldu. Üsyançılara 
amansızcasına divan tutuldu. 
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, 
şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük 
əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının 
milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 79 
MÖVZU 32 
 
Cənubi Azərbaycan 1960-1970-ci illərdə 
 
Şah İsmayıl İranda (Cənubi Azərbaycanda) ziddiyyətlərin dərinləşməsinin qarşısını alamq, 
sosial gərginliyi ləğv etmək məqsədilə 1960-1970-ci illərdə burada tarixə ―ağ inqilab‖ adı ilə daxil 
olan islahatlar keçirdi. İslahatların mərkəzində duran aqrar islahatla dövlət kəndlilərin dövlətdən və iri 
torpaq sahiblərindən torpaq sahələri satın kömək etməli, kənddə kapitalizmin inkişafına yardım 
göstərməli idi. Bu islahat nəticəsində bankların verdiyi vəsait hesabına Cənubi Azərbaycanda 
kəndlilərin 80%-i torpaq sahibinə çevrildi. 
1960-1970-ci illərdə mərkəzi hökümətin Cənubi Azərbaycanda sənayenin inkişafına marağı 
yox idi və burada sənaye ləng inkişaf edirdi. Sofyanda, Təbrizdə bir sıra sənaye müəssisələri yaransa 
da ümumi inkişaf səviyyəsinə görə Cənubi Azərbaycan İranın əsas sənaye rayonlarından geri qalırdı. 
İran sənayesində onun xüsusi çəkisi zəif idi. Çünki Cənubi Azərbaycanda iri sənaye müəssisələrinin 
yaradılmasına xüssusi kapital qoyuluşu çox cuzi idi. Bunun nəticəsində Cənubi Azərbaycan sənayesi 
üçün xırda müəssisələr səciyyəvi idi. 
1960-1970-ci illərdə İranda ―milli vəhdət‖ adı altında başqa xalqları farslaşdırmaq siyasəti 
planlı şəkildə həyata keçirilirdi. 
Bu siyasəti nəticəsində Azərbaycan dili yasaq edilmiş, bu dildə bütün qəzet-jurnal və kitab 
nəşri dayandırılmış, əvəlki illərdə çap olunanalar isə yığılıb yandırılmışdı. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin