Azərbaycan SSR 1940-cı illərin ikinci yarısı-60-ci illərdə. Totalitar rejimin daha da gücləndirilməsi Müharibədən sonrakı dövrlərdə mərkəzi bütün siyasi hakimiyyət Stalinin, respublikarda isə
Kommunist Partiyası Mərkəzi Komitələrinin birinci katiblərinin əlində idi.
Sosializmin bir ölkə çərçivəsindən çıxıb dünya sisteminə çevrilməsi, nüvə silahının əldə edilməsi
bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da totalitar rejimin güclənməsinə səbəb oldu.
Azərbaycan SSR-də totalitar rejimin bərqərar olunmasında Dövlət Təhlükəsizlik Komitəsinin və
Daxili İşlər Nazirliyinin mühüm rolu oldu.
Müharibədən sonrakı dövrdə Azərbaycan xalqının tarixi saxtalaşdırılır, xalqın soykökünün
öyrənilməsində qəsdən dolaşıqlıq yaradılır, Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi
könüllü birləşmə kimi qələmə verildi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti isə ümumiyyətlə
tariximizdən çıxarılmışdı.
1949-cu ildə XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən adlı əsərində Şeyx Şamil
hərəkatını Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirdiyinə görə filosof,
akademik Heydeər Hüseynov ingilis casusu adlandırıldı və ona verilmiş Stalin mükafatı geri alındı.
Haqsız təqiblərə məruz qalan alim dözməyərək intihar etdi.
Azərbaycanın erkən orta əsrlər dövrünə aid qiymətli əsər olan Kitabi Dədə Qorqud dastanı feodal
münasibətlərini təbliğ etməkdə ittiham olunur, ona feodal-xan eposu damğası vurulur, onun
tədqiqatçıları təqibə məruz qalırdı.
Bu dövrdə bir çox Azərbaycan alimləri və ədəbiyyat xadimləri də haqsız təqiblərin qurbanı
oldular.
Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etmək üçün daxilindəki vətənpərvər tələblər
Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və Hacı Zeynalovun başçılığı ilə yaradılmış İldırım adlı
gənclər təşkilatı Azərbaycan dilinin sıxışdırılmasına etiraz etmiş və müstəqil Azərbaycan
Respublikasının bərpa olunması ideyalarını yaymağa cəhd göstərmişdi. Təşkilatın gizli fəaliyyətinin
üstü açılmış, üzvləri həbs olunmuşdu. Xaricdəki mühacirlərdə sovet rejiminə qarşı mübarizəni davam
etdirirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada Azərbaycan kültür dərnəyi yaratmış, Ə.Fətəlibəyli-
Düdəngski 1945-1949-cu illərdə Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azadlıq
radiostansiyasının Azırbaycan şöbəsinin redaktoru olmuşdur. O, 1954-cü ildə Sovet casusu tərəfindən
öldürüldü.