Mərkəzi Azərbaycanı cəzalandırmaq üçün aşağıdakı tədbirləri həyata keçirdi: 1. Növbəti dəfə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı.
2. İrəvandakı Azərbaycan Pedaqoji texnikumu Xanlar (indiki Göygöl) rayonuna köçürüldü.
3. Ermənistan Pedaqoji İnstitundakı Azərbaycan şöbəsi bağlandı.
4. Ermənistanda Azərbaycan dilində çıxan qəzetlərin nəşri dayandırıldı və s.
Mərkəz ermənilərin qaldırdığı .razi məsələsinə yenidən baxılmasının 30-a qədər milli münaqişə
ocağı olan SSRİ üçün pis nəticə erəcəyini başa düşərək, Dağlıq Qarabağ məsələsini Azərbaycanın
xeyrinə həll etdi.
İqtisadi və sosial həyat İkinci dünya müharibəsi SSRİ-nin, o cümlədən Azərbaycanın iqtisadiyyatına mənfi təsir
göstərmişdi. Bir çox sənaye müəssisəsi profilini dəyşib, hərbi sifarişləri yerinə yetirirdi. Neft hasilatı
iki dəfə azalmış, kənd təsərrüfatında məhsul istehsalının səviyyəsi aşağı düşmüşdü. İndi əsas vəzifə
təsərrüfatı bərpa və inkişaf etdirməkdən ibarət idi.
Müharibənin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı aradan qaldırmaq üçün iqtisadiyyata
əsaslı vəsait qoyuluşu bir neçə dəfə artırılmışdı.
1948-ci ildə açıq dənizdə-Xəzər dənizində dünyada ilk dəfə mədən estakadaları quruldu. 1949-
cu il noyabrın 7-də Xəzər dənizdəki Neft Daşalrında ilk neft quyusu fontan vurdu.
Beş il ərzində yeni neft emali müəssisələri, o cümlədən 1953-cü ildə yeni Bakı Neftayırma
zavodu tikildi.
Sumqayıt, Mingəçevir, Daşkəsən və Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye mərkəzləri
yarandı. Sumqayıtda kimya, boru prokatı, sintetik kaiçuk zavodları tikildi.
1945-1955-ci illərdə xeyli istilik və su-elektrik stansiyaları tikildi, nəinki Azərbaycanda, bütün
Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. 1954-cü
ildə Abşeron DRES (Dövlət Rayon Elektrik stansiyası). Daşkəsən dəmir filizi saflaşdırma zavodu
istifadəyə verildi. 1951-ci Qarabağ sement zavodu işə düşdü.