Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 84 MÖVZU 35 Azərbaycan SSR 1960-ci illərin sonu 1980-cı illərdə Respublikada idarəçiliyin gücləndirilməsi və milli dirçəliş siyasəti - 1969-cu ilin iyulunda
Azərbaycan KP MK-nın Birinci katibi təyin edilən Heydər Əliyevin ilk günlərdən respublikada
qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrlara tələbkarlığın artırılnası
istiqamətində əhəmiyyətli tədbirlər gördü. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan
1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq komisarlar sovetində şöbə müdiri işləyən
Heydər Əliyev 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində çalışmışdı. O, 1964-cü ildə
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə bu komitənin sədri
təyin edilmişdi.
Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan
çəkinirdilər. Dağlıq Qarabaq bölgəsi daim diqqət mərkəzində saxlanırdı. 1973-cü ildə Xankəndində
Azərbaycan Pedaqoji İnstitunun filialı əsasında müstəqil pedaqoji institut fəaliyyətə başladı. 1979-cu
ildə Ağdamdan Xankəndinə dəmiryolu çəkildi. Vilayətə yeni rayon (Əsgəran) təşkil olundu.1977-ci
ildə Heydər Əliyevin qətiyyəti nəticəsində ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perdpektivsizliyi
bəhanəsi ilə oradan əhalinin köçürülməsi, rayon ərazisinin yaylaq kimi respublikalar arasında
bölüşdürülməsi haqqında qalxmış məsələ həmin bölgənin qısa müddətdə inkişafı ilə puça çıxarıldı.
Kəlbəcər rayonuna ―Murov yolu ‖ çəkildi.
1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayda isə Naxçıvan MSSR-in yeni konstitusiyaları
qəbul edildi. Azərbaycan dilinin dövlət dili olması yeni Konstitusiyada öz əksini tapdı.
Heydər Əliyev partiya təşkilatlığına, dövlət idarəçiliyi sahəsindəki qabiliyyətinə görə 1982-ci
ilin dekabrında Sov.İKP MK Siyası Bürosuna üzv seçildi. Və SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavini təyin edildi. O, hakimiyyətin verdiyi bütün imkanlardan Azərbaycanın inkişafı naminə
istifadə edirdi.