Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə96/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   92   93   94   95   96   97   98   99   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 87 
MÖVZU 37 
 
Xocalı faciəsi. Şuşa və Laçının erməni hərbi birləşmələri tərəfindən 
işğalı. 
 
1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan 
torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın - 1992-ci il 18 
may tarixdə, Kəlbəcər - 1993-cü il 2 aprel tarixdə, Ağdam - 1993-cü 23 iyul tarixdə, Cəbrayıl - 1993-
cü il 23 avqust tarixdə, Füzuli - 1993-cü il 23 avqust tarixdə, Qubadlı - 1993-cü il 31 avqust tarixdə, 
Zəngilan - 1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, 
həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min 
nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və 
respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti 
məskunlaşmışdır. 
Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Azərbaycan ordu hissələri, xüsusi təyinatlı milis 
dəstələri və yerli özünümüdafiə batalyonlarının müqavimət göstərmək tədbirləri nizamsızlıq, 
əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu. 
Daşaltı tərəfdən Şuşanın mühasirəsini yarmaq üçün Azərbaycan ordu hissələrinin 1992-ci il 
yanvarın 25-dən 26-na keçən gecə keçirdiyi hərbi əməliyyatlar da bu səbəblərdən uğursuzluğa düçar 
oldu. Satqın bələdçilər bir taqım əsgəri və zirehli maşınları minalanmış əraziyə saldılar, ordu böyük 
tələfat verdi - 33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı. 
1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi 
tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum 
etdilər. İlk zərbə hava limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar da, 
mərdliklə vuruşurdular. 
Ağdam-Əsgəran istiqamətində toplanmış milli hissələr arasında əlaqə və ümumi rəhbərlik 
olmaması üzündən onlar düşmənə qarşı hücum təşkil edə bilmədilər. 
Xocalıda soyqırım törədildi. Şəhər yandırıldı. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar 
və uşaqlar şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı 
gecəni ayaqyalın-başı açıq meşədə keçirən qaçqınların çoxunu don vurdu, yaralıların bir hissəsi tab 
gətirməyib öldü. Sağ qalanlar səhəri gün Xocalıdan 6-7 km aralı, Qaraqaya adlı yerdə meşədən 
çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən gülləbaran edildilər. Yüzlərlə köməksiz qadın, 
qoca, uşaq həlak oldu. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə çalışan qaçqınları da düşmən 
mühasirəyə alıb atəşə tutdu. Erməni quldurları yaralılara işgəncə verib meyitləri eybəcər hala salır, 
qadın və qızları təhqir edirdilər. 
Xocalıda erməni faşistləri azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər. 613 nəfər, o 
cümlədən 106 qadın, 83 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif 
dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər 
xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları 
kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi. 
Xocalı faciəsi respublikada siyasi gərginliyi daha da artırdı. Martın 3-dən Prezident sarayı 
qarşısında "istefa" tələbi ilə piket keçirildi. İqtidar Ali Sovetin sessiyasını çağırmağa məcbur oldu. 
Martın 5-də fövqəladə sessiya keçirən Ali Sovetin binası qarşısında izdihamlı mitinq başlandı. 
Sessiyada Ali Sovetin sədri Elmira Qafarova istefa verdi. Onun yerinə deputat Yaqub 
Məmmədov seçildi. İqtidar bu dəyişikliklərlə qarşıdurmanı zəiflətdi. Demblokdan olan 26 deputat 
A.Mütəllibovun Respublika Konstitusiyasını və qanunlarını pozduğuna görə prezident vəzifəsindən 
götürülməsi haqqında qərar layihəsi təqdim etdi. Martın 6-da parlament qarşısındakı mitinq daha 
izdihamlı idi. Mitinqçilər tərəfindən prezidentin saat 14-dək istefa verməsi tələbi ultimatum şəklində 
tərtib olunub parlamentə göndərildi. A.Mütəllibov istefa verməyə məcbur oldu. Nazirlər Kabineti 
buraxıldı. Onun sədri Həsən Həsənova yeni kabinet təşkil etmək tapşırıldı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin