Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 76 birinci qurultayında partiyanın proqramı və nizamnaməsi qəbul edildi. S.C.Pəşəvəri başda olmaqla
Mərkəzi Komitə seçildi.
Mərkəzi hökümətin demokratlara qarşı geniş silahlı hücuma keçməsini görən ADP açıq şəkildə
fəadi dəstələri yaratmağa başladı. Noyabrın 17-də Cənubi Azərbaycanın bir çox şəhərlərində
hakimiyyət orqanları yaradıldı. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq
Konqresi çağırılaraq özünü Müəssisələr Məclisi elan etdi. O, ümumi seçkilər yolu ilə Azərbaycan Milli
Məclisinin çağırılmasını və Milli hökümət yaradılması tələbini irəli sürdü. Noyabrın 27-dən dekabrın
1-dək Azərbaycanın hər yerində Məclisə seçkilər keçirildi. 1945-ci il dekabrın 12-də toplanmış Milli
Məclis S.C Pişəvərinin başçılığı ilə Milli hökümət yaratdı. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi
daxil olmuşdur.
Hökümət 10 nazirlik, ali məhkəmə və prokurorluqdan ibarət idi. Milli hökümətin yaranması ilə
Cənubi Azərbaycandademokratikhərəkatınüçüncü mərhələsi başlandı.
Milli hökümət İran dövlətinin bütövlüyünü rəhbər tutaraq Azərbaycanın muxtariyyəti prinsipi və
ona geniş hüquqların verilməsi öz proqramında bir daha təsdiq etdi. Yeni yaranmış Milli hökümətin
qarşısında duran birinci dərəcəli vəzifə- yerlərdə yeni inzibati-ərazi orqanlarının yaradılması idi.
1946-ci ilin yanvar-fevral aylarında keçirilən seçkilər nəticəsində şüarlar-əncümənlər yaradıldı.
Milli hökümətin həyata keçirdiyi əsas tədbirlər: 1946-ci ilin fevralın 6-da verilən aqrar qanununa görə, xalisə-dövlət mülkiyyətində olan
torpaqları kəndlilər arasında bölüşdürüldü.
Mayın 12-də Əmək haqqında qanun verildi və zəhmətkeş əhalinin sosial vəziyyəti
yaxşılaşdırıldı.
1946-cı il yanvarın 16-da dil haqqında qanun verildi. Bu qanuna əsasən Azərbaycan ərazisində
rəsmi dövlət dili Azərbaycan dili elan olundu. Ana dilində müxtəlif dərsliklər, ədəbiyyat, qəzet və
jurnallar nəşr edildi, kitabxana və qiraətxana açıldı.
1946-cı il iyun ayında Təbriz Universiteti təsis olundu. Milli hökümətin ən böyük nailiyyəti
məhz milli mədəniyyət sahəsində oldu.
Cənubi Azərbaycandakı milli demokratik hərəkatın İranın digər yerlərinə də yayılacağından
ehtiyat edən İran höküməti bu hərəkatı boğmaq üçün təcili tədbirlər görməyə başladı.
1946-cı ilin iyun ayında İran höküməti ilə Təbrizdə Milli hökümət arasında müqavilə imzalandı.
Müqaviləyə görə, Milli hökümət əyalət əncüməni statusunu qəbul etdi. Lakin Tehran höküməti
Azərbaycana qarşı geniş əks-kompaniyaya başlayaraq BMT-də İran məsələsinə baxılmasına, ABŞ və
Böyük Britaniyanın İrana yardım göstərməsinə razılıq verilməsinə nail oldu. SSRİ-ni bitərəfləşdirmək
üçün 1946-cı il aprelin 4-də Sovet dövləti ilə İranın şimalındakı neft axtarışı və çıxarılmasında onun
iştirakı haqqında müqavilə imzalandı. Lakin 1947-ci ildə İran parlamenti bu müqaviləni təsdiqləmədi.
BMT TŞ-nin tələbi ilə mayın 8-dən Sovet hərbi hissələri İran ərazisindən çıxarıldı.
Görülən hazırlıqlardan sonra İran höküməti yeni parlamentə seçkilərdə qayda-qanunu təmin
etmək bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritdi.
Fədai qoşunları ilə İran höküməti qoşunları arasında qanlı döyüşlər başlandı. Lakin Milli
hökümət vətəndaş müharibəsinin qarşısını almaq üçün silahlı qüvvələrə döyüşü dayandırmaq
göstərişini verdi. İran qoşunları dekabrın 12-də müqavimətsiz Təbrizə daxil oldu. Minlərlə fədai
güllələndi, həbs olundu. ADP və Milli hökümətin rəhbərləri güllələndi və dar ağacından asıldı.
Beləliklə Cənubi Azərbaycanda 1941-1946-cı illər azadlıq hərəkatı məğlubiyyətə uğradı.
Böyük dövlətlər Cənubi Azərbaycan məsələsində öz maraqlarını üstün tutaraq İran hökümətinə
güzəştə getdilər. Bu dövlətlər Cənubi Azərbaycanın milli-demokratik hökümətini imperiya
mənafelərinə qurban verdilər. Hər üç imperiya maraqlarını əzilə bir xalqın gələcək taleyindən üstün
tutdular.
1946-ci il dekabrın 11-də zor gücünə SSRİ-yə gətirilən S.C.Pişəvəri 1947-ci ildə müəmmalı
şəkildə Sovet Azərbaycanında avtomobil qəzasında həlak oldu.
Boğulmuş milli-demokratik hərəkatın ictimai-siyasi və iqtisadi həyata təsiri altında İranda
ingilislərin inhisarında olan neft sənayesinin milliləşdirilməsi uğrunda mübarizə başlandı.