Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə75/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   71   72   73   74   75   76   77   78   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 69 
MÖVZU 28 
Azərbaycan döyüşçülərinin antifaşist müqaviməti və partizan hərəktının 
inkişafı. 
Ağır döyüşlərdə əsir düşmüş və faşist düşərgələrinə salınmış azərbaycanlı əsirlərin çoxu faşist 
əsarətindən qurtulmaq üçün mübarizə aparır və bu düşərgələrdən qaçaraq partizanlara qoşulurdular. 
Onlardan biridə Smolenskdə fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi İsmayil Əliyev idi. 
1943-cü ildə isə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgəsindən qaçaraq 
Krımda partizn dəstəsi yaratmışdı. 
1942-ci ildə Belorusiyanin Borisov şəhərində Dyadya Kolya partizan birləşməsinin qərargah 
rəisi polkovnik Ələkbər Əliyev idi. O, 1944-cü ildə Suvorov adına partizan dəstəsinə komandir təyin 
edilmişdi. 
Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatlarında da iştirak 
edirdilər. 1942-ci ilin yazında Polşadakı faşist əsir düşərgəsində azərbaycanlı əsirlər gizli təşkilat 
yaratmışdılar. Təşkilata zabitlər Hadı Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. 
1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan 
azərbaycanlı Əhmədiyyə Cəbrayılov-Armed Mişel Xarqa adı ilə Fransanın azadlıq hərəkatında fəal 
iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəli getmək hüququ verən medalla 
təltif olunmuşdu. 
1942-cil ilin avqustunda ağır yaralanaraq əsir düşən Mehdi Hseynzadə Yuqoslaviya 
partizanlarına qoşulmuş və Mixaylo ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı mübarizədə 
əfsanəvi qəhrəmanlıq göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun 
kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. 
Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ 
keçməmək üçün son gülləsini özünə vurmuşdu. Ona ölümündən xeyli sonra-1957-ci ildə Sovet İttifaqı 
Qəhrəmanı adı verildi. 
Əli Babayev İtalyadakı partizan hərəkatında iştirak etmiş, Haribaldi adına batolyonun komandiri 
olmuş, döyüşlərdə igidliyinə görə İtalyanın Hərbi şücaətinə görə gümüş medalı ilə təltif olunmuşdu. 
Vilayət Hüseynov Mussolinini həbs edən partizanlar arasında olmuşdu. Əkbər Ağayev isə Buhenvald 
ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olmuş və ələ keçdikdən sonra güllələnmişdi. 
1945-ci il mayın 8-də Almaniya danışıqsız təslim oldu. 9 May tarixə Qələbə günü kimi daxil 
oldu. Lakin İkinci Düunya müharibəsi davam edirdi. Sentyabrın 2-də Yaponiyanın təslim olması ilə 
müharibə qurtardı. SSRİ müharibədən qalib çıxdı. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının 
böyük köməyi oldu. Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin