Kütləvi informasiya vasitələri.
Kommunist ideologiyasının təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
1924-cü ildə Bakıda ilk radio qurğusu quraşdırılmış. 1926-ci ildə isə radiostansiya fəaliyyətə
başlamışdı.
Ədəbiyyat və incəsənət
1920-1930-cu illərdə Azərbaycan ədəbiyyatı xeyli inkişaf etdi. 1925-ci ildə Bakıda Ədəbiyyat
cəmiyyəti təşkil olundu. Əhməd Cavad ―Göygöl‖, ―Kür‖, ―Səsli qız‖, H.Cavid ―Peyğəmbər‖, ―Topal
Teymur‖, ―Xəyyam―, ―Səyavuş‖, Y.V.Çəmənzəminli ―İki od arasında‖, ―Qan içində‖ romanlarını,
S.Rəhman ―Toy kamediyasını bir dövrdə yazdılar.‖
1926-cı ildə ehkamlarını təbliğ edən Qızıl Qələmlər İttifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar
İttifaqı yaradıldı. 1920-ci illərdə aşıq şeri də inkişaf edirdi. 1926-cı ildə Bakıda Aşıqlar qurultayı
keçirildi.
1922-ci ildə Dövlət Dram Teatrı, 1924-cü ildə Opera və Balet teatrı, 1937-ci ildə Rus dram
Teatrı, 1931-ci ildə Kukla Teatrı, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1938-ci ildə Musiqili
Komediya Teatrı açıldı.
Bu dövrdə Müslüm Maqamayevin ―Nərgiz‖, R.Quliyevin ―Şahsənəm‖, Ü.Hacıbəyovun
―Koroğlu‖ (1937) operaları tamaşaya qoyuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan
baletini- ―Qız qalası‖nı yazdı.
1926-cı ildə kinostudiya yaradıldı. 1924-1938-ci illərdə ―Qız Qalası əfsanəsi‖, ―Hacı Qara‖,
―Mavi dəniz sahilində‖, ―Sevil‖ (ilk səsli film) və b. filmlər çəkildi. 1932-ci ildə Azərbaycan
Rəssamlar İttifaqı yarandı. Bəhruz Kəngərli, Əzim Əzimzadə və Rüstəm Mustafayev XX əsrin 20-30-
cu illərinin məşhur rəssamları idi.
Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
66
Dinin təqid olunması və milli–mənəvi dəyərlər üzərinə “yürüş”.
XX əsrin 20-30-cu illərində həyata keçirilən ―Mədəni inqilab‖in məqsədi insanların şüurunu
kommunist ideologiyasına uyğun formalaşdırmaq, dinə qarşı mübarizə və ateizmin (allahsızlıq) təbliği
idi.
Bu illərdə milli-mənəvi dəyərlərə qarşı tədbirlər ―mədəni yürüş‖, ―rəddi olsun tar‖, ―rədd olsun
kamança‖, kimi şüarlar altında keçirilirdi.
Bu illərdə Azərbaycan əlifbasının tez-tez dəyişdirilməsi mədəniyyətimizə ağır zərbə vurdu.
1929-cu ildə ərəb qrafikasından latın qrafikasına keçid başa çatdırıldı. Lakin 1935-ci ildə
Türkiyə də latın qrafikasına keçdiyi üçün sovet rəhbərliyi Azərbaycanla Türkiyənin mənəvi
əlaqələrinin inkişaf edəcəyindən qorxaraq 1939-cu ildə Azərbaycanda latın əlifbasından kiril
qrafikasına keçidi tətbiq etdi.
VIII əsrdən 1920-ci ilə qədər Azərbaycanda ərəb əlifbasından istifadə edilmişdir. 1920-ci ildə
Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islah edilməsi üzrə komissiya yaradıldı. Lakin
Komissiya özünü doğrultmadığından 1922-ci ildə AZMİK yanında Səməd bəy Ağamalıoğlunun
sədrliyi ilə ―Yeni türk əlifbası‖ komitəsi yaradıldı. S.Ağamalıoğlu tərtib etdiyi latın qrafikalı əlifbanı
komitəyə təqdim etdi. 1929-cu ildə Azərbaycanda yeni əlifbaya keçid Şərqdə inqilab adlandırılmışdır.
1939-cu il iyulun 11-də Azərbaycanda SSR-də latın əlifbasından rus (kiril) əlifbasına
keçirilməsi haqqında qanun qəbul edildi. Kiril əlifbasına keçirilməsi haqqında qanun qəbul edildi.
|