Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə64/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   60   61   62   63   64   65   66   67   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 60 
Naxcıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərzi təşkil edir. Xəritə çəkildi və orada 
Naxçıvanın ərazisi dəqiq göstərildi. Dövlət aparatının saxlanılmasının iqtisadi çətinlikləri ilə bağlı 
1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının respublika muxtariyyəti ləğv edildi, ona ölkə 
muxtariyyəti verildi. Naxçıvan Ölkə İcraiyyə Komitəsi yaradıldı. 1924-cü fevralın 9-da isə Azərbaycan 
MİK Naxçıvan Ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR-ə verillməsi haqqında 
qərar qəbul etdi. 
1921-ci ilin II yarısında Yuxarı Zəngəzur-Gorus Ermənistanının əlinə keçdi. Azərbaycanlılar 
buradan sıxışdırılaraq öz doğma torpaqlarından didərgin salındılar. Ermənistan Aşağı Zəngəzuru-
Bərgüşadı da ələ keçirməyə çalışırdı . Hacısanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu tərəfindən 
1921-ci ilin iynunda tərksilah edildikdən sonra buna daha münasib şərait yaranmışdır. Qubadlı 
qəzasına Ermənistanın səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu Musayev özünü yerli silahlı 
dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi. 
1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda Yapon adlı qiyamçının silahlı quldur 
dəstələri Noraşen dəmiryol stansiyasını tutmaq üçün hücum edib Sədərək, Yayçı, Cəfərli və Arpaçay 
kəndlərini ələ keçirmişdi. Erməni quldurları dinc əhaliyə yenə olmazın zülm edirdilər. Dümənə qarşı 
Abbasqulu bəy Şaxlinskinin rəhbərliyi ilə ―Qırmızı tabor‖ qəhrəmanlıqla vuruşdu. Darzik ətrafında 
döyüşdə daşnak quldur dəstələri darmadağın edildi. 
Gürcüstanda sovet hakimiyyəti quruldudan sonra Moskvanın təzyiqi ilə Azərbaycanın Borçalı 
ərazisi də Gürcüstana güzəştə gedildi. Eyni zamanda Bakını Azərbaycandan ayırıb Rusiyaya vermək 
planları hazırlandı. Lakin bu hiylə baş tutmadı. 1929-cü ildə yenidən 13 min hektar Azərbaycan ərazisi 
Nüvəndi, Tutu və Ernazar kəndləri, habelə Naxçıvandan 9 kənd (582,9), Qaymaqlı və Kürümüzlü 
arasında sahələr (228,9 ha) Ermənistana verildi. 
1938-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəddi dəqiqləşdirmək bəhanəsi ilə 
―bərabərltərəfli‖ komissiya yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq 
komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7- də imzalanmış protokala əsasən Laçının 
Qaragöl yaylası, Qubadlının Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod 
sahəsi Ermənistana verildi. Azərbaycan SSRİ Ali Sovet 1938-ci il mayın 5-də bu protokolu təsdiq etdi. 
Lakin buna baxmayaraq, azərbaycanlılar müqavimət göstərir, öz torpaqlarını əldən vermirdilər. 
Əhalisinin milli ruhu hələ də yüksək olan Azərbaycanı parçalamaq, onu ciddi problemlər 
qarşısında qoyub tam asılı vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. Yuxarı 
Qarabağda milli münaqişə ocağı qızışdırılırdı. Ermənistan hökuməti 1921-ci ilin iyunun Azərbaycanın 
suverən hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı ilə Dağlıq Qarabağın Ermənistana 
birləşdirilməsi haqqında dekret verdi. Azərbaycanın razılığı haqqında fikrin ağ yalan olduğu AK (b) 
MK siyasi təşkilat bürosu iclasında ifşa olundu. 
1921-ci il iyunun 27-də AK (b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu 
məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyətcə azərbaycanlı olan kommunistlər biləşərək 
yekdilliklə Ermənistan iddialarını rədd etdi. 
Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini 
Ermənistanın xeyrinə həll etmək fikrindən əl çəkmədi. 1921-ci il iyulun 4-5-də PK(b)P Qafqaz 
burosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclas səs çoxluğu ilə Dağlıq Qarabağı 
Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun 
təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq 
bu məsələnin PK(b)P MK-nın qəti qərarına keçirilməsi haqqında qərar qəbul edildi. N.Nərimanov 
V.İ.Leninə bu məsələ ilə bağlı teleqram vurdu və məktub yazdı. Məktubda deyilirdi ―Əziz Vladimir 
İliç: Teleqrammada göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın, 
Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz 
ərazisini Ermənistana verir. Əgər bu ərazi Gürcüstana verilsəydi, buna ictimai-siyasi don geydirmək 
olardı. Lakin bu ərazinin Ermənistana, daşnaklara verilməsi düzəlməyən səhvdir. Bizim oradakı 
nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir. Əziz Vladimir İliç, görəsən 
―Müstəqil Azərbaycan‖ sözü sizin ağzınızdan çıxmamışdırmı? Bütün vaxtlar Deniki müdafiə edən 
Ermənistan müstəqillik, əlavə olaraq ərazi alır. İkili siyasət yeridən Gürcüstan müstəqillik qazanır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin