Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə63/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   59   60   61   62   63   64   65   66   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 59 
Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağa, Naxcıvana, Zəngəzura və b. bölgələrə 
erməni təcavüzü davam edirdi. 
Əslində Azərbaycan Sovet Rusiyası tərəfindən hərraca çıxarılmışdı. 1920-ci il avqustun 18-də 
Şuşada Zəngəzur qəza və sahə İnqilab Komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ 
nümayəndələrinin qurultayı keçirildi. Bu qurultayda sovetlərin təkidi və təklifi ilə gələcəkdə 
ermənilərin bu torpaqları daha asan yolla ələ keçirə bilmələri üçün Zəngəzur iki hissəyə-Bərgüşad 
(Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) qoyuldu. Bununla da Sovet Rusiyası Ermənistan və 
Azərbaycan arasında mübahisəli məsələrinin həllindən Azərbaycanı kənarlaşdırdı, onu təmsil etməyi 
öz üzərinə götürdü. Sovet Rusiya ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi lahiyəsi 
hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi 
planlaşdırılmışdı. 
1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən 
Ermənistan hökuməti təcavüzü gücləndiridi. İyulun axırlarında erməni hərbi hissələri Zəngibasarı 
dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması 
ermənilərin qabağında sipər oldu. İyunun 6-da XI Ordu hissələri Zəngəzur istiqamətində hücuma 
keçən erməni qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları-avqustanun əvvəllərində Ermistanda 
məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi altında Ermənistan qoşunları Zəngəzura yenidən 
hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar 
işğalçı XI Orduda elə hiddət yaratmışdı ki , onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və 
onların törətdiyi cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfindən azərbaycanlılar 
nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o qədər artardı. Həmçinin Sovet Rusiyasını 
o torpaqların hansı millətin əlində olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırıdı. 
Məlumdur ki, Azərbaycandan sonra Rusiyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi. 1920-ci il 
noyabrın 29-da Ermənistanda ―inqilab‖ baş verdi. Noyabrın 30-da AK( b ) P MK-nın siyasi və təşkilat 
bürolarının birgə iclası keçirildi. İclasda Q.Orconikidze, Sarkis, Y.Stasova, Q.Katipski və b. iştirak 
edirdilər. Məhz onların təzyiqi ilə Azərbaycanın əleyhinə olan qərar qəbul edildi. N.Nərimanova 
xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda deyilird : ―Zəngəzur və Naxçıvan qəzalarının ərazisi 
Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını 
təyin etmək hüququ verilir. Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet 
Azərbaycanın qoşunları isə buradan çıxarılır‖. 
Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin və Naxçıvanın işğalı ilə 
razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını 
təyin etmək hüququ verirdi. 
1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan 
ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının iştahası daha böyük idi. 
Qarabağın dağlıq hissəsi və Naxcıvan məsələsi gündəlikdə qalırdı. 
Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz çıxışları baş verdi. Ermənistanın 
nümayəndələri diyara buraxılmadı. B.Vəlibəyov dekabrın 24-də Yerevana çağrıldı, həm də Ermənistan 
İnqilab Komitəsi tərəfindən Naxçıvanda Fövqəladə Komissar təyin edildi. Ancaq xalq onun gəldiyi 
vaqonu Şahtaxtı stansiyasında qatardan açaraq Naxçıvana buraxmadı. Dekabrın 28-də Ermənistan 
İnqilab Komitəsi Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıdı. 1921-ci ilin əvvəllərində burada 
RSFSR, Azərbaycan və Ermənistan nümayəndələrinin iştiraki ilə əhalinin rəy sorğusu keçirildi. 
Naxçıvan camaatının 90 %-i Azərbaycanın tərkibində qalmaq arzusunu bildirdi. 1921-ci ilin 
yanvarında Naxçıvan statusu 1921-ci il martın 16-da Naxçıvan RSFSR və Türkiyə arasında 
imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycanın 
tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərilirdi ki, bu 
topağı üçüncü dövlətlə güzəştə getmək olmaz, əks təqdirdə onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt 
edilə bilər. Aprel ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə İnqilab Komitəsi 
1921-ci il sentyabrın 10-da səlahiyyətlərini Naxçıvan MSK və XSK-nə verdi. 1921-ci il sentyabrın 13-
də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o bir tərəfdən Azərbaycan, Gürcüstan və 
Ermənistan respublikaları birlikdə ( Moskva onların hər birinin ayrılıqda müqavilə bağlanasına icazə 
verməzdi) dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunur ki, 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin