Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə57/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   53   54   55   56   57   58   59   60   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 54 
hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələrləin həyata keçirilməsi 
Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir. 
Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü ilin 9 fevralında 
Sərəncam imzalamışdır. Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar 
Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd qeyd edilmişdir. Naxçıvan üçüncü intibahı 
dövründə muxtariyyətin dördüncü ali təntənəsinin qeyd olunmasını da məhz cənab İlham Əliyevin 
imzası təsdiq etdi. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla 
Naxçıvan Muxtar Republikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda 
təntənəli şəkildə qeyd olunmuşdur.
1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 
rəhbərliyi ilə Naxçıvan yeni inkişaf mərləhələsinə qədəm qoymuşdur. Bu dövrdə inqtisadiyyatın 
dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmiş, yeni 
iş yerləri yaradılmış, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilmişdir. Naxçıvan Muxtar 
Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənmiş, tarixə, mədəniyyətə, 
təhsilə və elmə qayğının yeni mərhələsi başlanmış, səhiyyənin maddi-texniki bazasının 
möhkəmləndirilməsinə diqqət artırılmışdır. Bir sözlə Naxçıvan Muxtar Respublikası heç vaxt indiki 
qədər abad, güclü, hərtərəfli inkişafa nail olmamışdır. Blokada şəraitində-iqtisadi və nəqliyyat 
əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının 
hərəkətə gətirilməsi davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının 
yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakter xüsusiyyətləridir. Ötən dövr ərzində muxtar 
respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın 
diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, 
məşğulluğun artırılmasına nail olunmuşdur. Artıq Naxçıvan Ümumi Daxili Məhsul istehsalını 2 
milyard 391 milyon manata çatdıran, il ərzində 800 milyon manatdan çox həcmdə sənayə məhsulu 
istehsal edilən, kənd təsərrüfatının sürətlə inkişaf etdiyi, enerji və ərzaq təhlükəsizliyi tam təmin 
olunan, yüzlərlə təhsil, səhiyyə mədəniyyət müəssisələri üçün binalar tikilən, əhalisinin gəlirləri sürətlə 
artan, rifah halı günü-gündən yaxşılaşan, on minlərlə iş yeri yaradılan, demək olar ki, bütün yolları 
yenidən qurulan, ən müasir istehsal müəssisələri istifadəyə verilən muxtar respublikadır. 
Bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi ―Bu gün Naxçıvanın gələcək inkişafı ilə 
bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha 
qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi 
potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məslələrini həll etmisiniz. Bunda sonra 
ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır.‖ 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin