Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 55 MÖVZU 24 Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. (Azərbaycan Sovetləri mərkəzi İcraiyyə Komitəsinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması” haqqında 7 iyul 1923-cü il tarixi Dekreti olduğu kimi). Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqla
qalan ayrı-ayrı milliyətləri bir – birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici
siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayesinin
zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov –
Daşkovların əli ilə tarixən bir – biri ilə doğma olmuş iki xalqın – ermənilər və müsəlmanların arasında
ədavət roxumu səpildi.
Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin
müsavatçıların , daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri
üç ―müstəqil dövlətə‖ parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu ―dövlətlərin‖
mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində
əməkçi kəndlilərin qanı az tökülmadi. Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün
və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin bəyənilməsi həmrəyliyi,
vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi ilə əvəz edilməsi fəhlə -
kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.
Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara
alır:
1. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR – in tərkib hissəsi
olaraq Muxtar Vilayəti yaradılsın.
2. Muxtar Vilatərin idarə orqanlar bunlardır : Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.
3. Vilayətin icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komistəsi yaradılsın, ona 2 aydan
gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə
edilsin.