Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə54/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   50   51   52   53   54   55   56   57   ...   114
Azərbaycan tarixi

Üsyanların məğlub olma səbəbləri

1920-ci illərdə sovet rejiminə qarşı baş vermiş üsyanların məğlub olmasının müxtəlif səbəbləri 
var idi. Birincisi, üsyanlar qeyri-mütəşəkkil idi, onlar arasında əlaqə yox idi, müxtəlif vaxtlarda və 
plansız keçirilirdi. Gəncə üsyançılarına Qarabağ və Tiflisdən kömək gəlmədi. İkincisi, üsyanlara vahid 
rəhbərlik yox idi üsyan rəhbərləri arasında fikir ayrılıqları var idi. Üçüncüsü, tərəddüd edənlər, məqam 
gözləyənlər, birtərəf kənarda qalmışdılar. Dördüncüsü, Azərbaycanda məskunlaşmış ermənilər və 
ruslar üsyançılara qarşı vuruşurdular. Beşincisi, üsyançılar silahlanma cəhətdən zəif idilər. Ordu 
üsyançılara qarşı ağır artilleriyadan istifadə edirdi. Altıncısı, beynəlxalq şərait də üsyanlanların 
yatırlmasında az rol oynamamışdı. Üsyançılar heç bir xarici yardım almadam yerli bolşevik rejimi ilə 
yanaşı, Rusiya silahlı birləşmələrinə qarşı vuruşurdular. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 51 
MÖVZU 23 
 
Naxçıvan Muxtar Respublikası 
 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi 
inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində hadisələri mürəkkəbləşdirən səbəblərdən biri də XIX əsrin 
20-cı illərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və burada özlərinin bunları 
ermənilərin xeyrinə həll etmək siyasəti aparıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
Azərbaycana qarşı irəli sürülən əsassız torpaq iddiası bolşevik hakimiyyəti dövründə də davam 
etdirilmişdir. Həmin illərdə Azərbaycan ilə Ermənistan arasında mübahisəli ərazilər, əsasən, Naxçıvan 
və Dağlıq Qarabağ idi. 
1918-ci il may ayında Azərbaycan torpağında yaradılan Ermənistan dövləti 9,8 min kv km 
ərazidə yerləşmişdi. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın 7,9 min kv km ərazisini də öz 
ərazisinə qatmaq istəyirdi. Bu ərazilər içərisində Naxçıvan məsələsi xüsusilə qabardırıldı. Belə bir 
uydurma fikir irəli sürüldü ki, ―Naxçıvan və Şərursuz Ermənistan yaşayabilməz‖ Ermənilərin 
xulyalarının gerçəkləşməsi üçün bir sıra dövlətlər ona siyası dəstək verməklə yanaşı, iqtisadı və hərbi 
yardım da göstərirdilər. Azərbaycan Xalq Cumhuriyyətinin düşdüyü çətin vəziyyətlə əlaqədar o, 
Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan 
əhalisi, yerli ziyalılar Müsəlman Milli Şurası bütün imkanları və qüvvələri ilə erməni daşnaklarına 
qarşı inadla mübarizə aparırdı. Naxçıvan erməni işğalına düşməsinə imkan vermir, hər vəchlə 
Azərbaycanın tərkibində qalmağa çalışırdılar. 
Ermənistanın daşnak rəhbərliyi isə Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən 
istifadə edirdi. Ermənistan höküməti bildirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və 
Naxçıvan rayonundan imtina edərsə o da öz növbəsində, Qarabağ və Zəngəzurun Azərbaycana 
birləşməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bu təklifi rədd edərək 
qədim Azərbaycan torpaqları olan Naxçıvan və Culfa ərazilərinin dərhal sovet qoşunları tərəfindən 
tutulmasını və Azərbaycana birləşdirməsini təkidlə tələb edirdi. 
Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlandı və daşnaklara qarşı aparılan əməliyyatlar 
nəticəsində 1920-cı il iyulun 28-də Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı 
Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, 
Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və başqaları daxil oldular. 
1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və 
onun şərtlərinə görə, Şəruru – Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi. Qarabağ, Zəngəzur və 
Naxçıvan isə yenə də ―mübahisəli vilayətlər‖ elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları 
hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi 
teleqramlarda Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi 
nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirdi. 1920-ci il oktyabrın 28-də Sover Rusiyası 
ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi 
nəzətə alınmadan Zəngəzur və Naxçıan Ermənistana güşəst edilirdi. Bolşevik Rusiyası bu yolla 
Ermənistanda Sovet hakimiyyəti qurulması üçün zəmin hazırlamaq, ermənilərin rəğbətini qazanmaq 
istəyirdi. Ermənistan SSR yaradıldıqdan sonra Azərbaycan ərazisinə iddialar daha da artdı. 1920 –ci il 
noyabrın 30-da AK(b) MK Siyasi və təşkilat büroların birləşmiş iclasında N.Nərimanovun verdiyi 
bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılımış şəkildə dərc olunması erməni iddiaların daha da 
artmasına səbəb oldu. N.Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini 
təklif etmiş və demişdi ki, ―Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur.‖ 
Qərarda da N.Nərimanov çıxışında da 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun 
elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı. Qəzetlərdə dərc olunmuş 
bəyannaməyə aşağıdakı fikri əlavə edilmişdi. ―Zəngəzur və Naxçıvan qəzalarının ərazisi sovet 
Ermənistanının ayrılmaz ərazisidir‖. Bu sözlər, ola bilsin, diplomatik mülahizələrə görə, 
Q,Orconikidze, S,Kirov və onların həmfikirləri tərəfindən ora daxil edilmişdi. Həmin fikir ermənilərin 
yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda ―Azad Sünik höküməti‖ təşkil 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin