Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Beləliklə, cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyəti süqut etdi. Süqutun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə51/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   47   48   49   50   51   52   53   54   ...   114
Azərbaycan tarixi

Beləliklə, cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyəti süqut etdi. Süqutun 
əsas səbəbləri bunlardır: 
1) Beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış ümumi hərbi-siyasi vəziyyət, 
2) Azərbaycan hökumətinin daxilində yaranmış hakimiyyət böhranı, siyasi partiyaların hakimiyyət 
uğrunda mübarizəsi, 
3) Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü, 
4) XI Qırmızı ordunun Anadoluya, Türkiyənin yardımına getmək bəhanəsindən istifadə etməsi, 
5) Azərbaycan bolşeviklərinin timsalında 5-ci kolonun pozuculuq fəaliyyəti, 
6) Sovet Rusiyasının beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisini işğal etməsi və s. 
Azərbaycan yenidən Rusiya tərəfindən, indi Sovet Rusiyası tərəfindən işğal olundu. 
Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti 
tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə 
səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, 
müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 48 
MÖVZU 22 
 
Şimali Azərbaycanda sovet rejiminin qurulması

 
Cumhuriyyətin süqutundan sonra Azərbaycan tarixinin sovet dövrü başlandı. 1920-ci il aprelin 
28-də bolşeviklər ―müstəqil‖ Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) 
yaradıldığını elan etdilər. 
Azərbaycanda bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi. Müvəqqəti İnqilab 
Komitəsi yeni höküməti, yəni Azərbaycan Xalq Komisarları Sovetini təşkil etdi. Sovetin sədri 
N.Nərimanov oldu. 
İnqilab Komitəsi ilk günlərdə polisi ləğv edərək qırmızı fəhlə-kəndli milisi yaratdı. 1920-ci il 3 
may tarixli dekretlə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı. Mayın 12-də Xalq 
Məhkəməsi haqqında fərman verildi. Əksinqilaba və təxribatçılığa qarşı mübarizə məqsədilə Föqəladə 
Komissiya və Ali İnqilabı Tribunal təsis edildi. 
İnqilab Komitəsinin 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, 
kəndli, bəy, xan, knyaz) ləğv olundu. 1920-ci il 15 may tarixli dekretlə Xalq Maarif Komisarlığı 
vicdan azadlığını bəyan etdi: dövlət və pullu məktəblərdə şəriət dərslərinin keçirilməsi, hər cür dini 
ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. 
İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekretinə görə, bütün xan,bəy vəqf torpaqları 
müsadirə edilərək ödənişsiz olaraq kəndlərin istifadəsinə verildi. Beləliklə, mülkədar torpaq sahibliyi 
ləğv olundu. 15 may tarixli dekretlə Azərbaycan ərazisindəki müşələr, sular və yeraltı sərvətlər 
milliləşdirilərək dövlət mülkiyyətinə verildi. Torpağın milliləşdirilməsi nəticəsində Azərbaycan 
kəndində kənd təsərrüfatı artelləri, kommunalar və sovxozlar meydana gəlid. 
Kənddə sovet rejiminin bərqərar etmək üçün 1920-ci 23 sentyabr tarixli fərmanla yoxsul 
komitələri yaradıldı. Bu proses 1920-ci ilin sonunda başa çatdı 1921-ci ilin yayında qəzalarda atrıq 
yoxsul komitələri kənd sovetləri ilə olundu. 
1920-ci il mayin 7-də ordunun və donanmanın yenidən təşkili haqqında dekret verildi. Dekretə 
görə, ordu və donanma Qırmızı ordunun tabeliyinə keçirdi. Bu isə Azərbaycan onsuz da formal olan 
müsətqilliyinə zidd idi. 
1920-ci il 24 may dekreti ilə neft sənayesinin milliləşdirilməsi nəticəsində bu sahəsə 272 xüsusi 
firma ləğv edildi. Neft sənayesi üzrə mülliləşdirilmiş müəssisələri idarə etmək üçün Azərbaycan Neft 
Komitəsi (sonralar ―Azneft‖) təşkil olundu. Onun başçısı İ.Lenin tərəfindən Bakıya gönrəlimiş 
A.Serebrovski idi. Bununla da Azərbaycan nefti faktik olaraq Sovet Rusiyasının ixtiyarına keçdi. 
1920-ci ilin iyunun əvəllərində Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret 
verildi. Su nəqliyyatı idarəsi yaradıldı. İyunun 9-da banklar ,iyunun15-də balıq sənayesi milliləşdirildi. 
Milliləşdirilmiş sənayeni idarə etmək üçün Azərbaycan Xalq təsərrüfatı Şurası (AXTŞ) yaradıldı. 
1920-ci iin sonralarında başa çatdırılmış milliləşdirmə ümumən Azərbaycan iqtisadiyyatına ciddi zərbə 
vurdu. 1921-ci ilin mayın 6-da Bakıda Azərbaycan SSR-in Sovetlər qurultayı toplandı. Qurultay mayın 
19-da RSFSR konstitusiyası nümunəsində Azərbaycan SSR-in birinci konsititusiyasını qəbul etdi. 
Konstitusiyaya görə ləğv edilən Azərbaycan İnqilab Komitəsinin yerinə ali icraedici 
hakimiyyət orqanı – Azərbaycan SSR Xalq Komissraları Soveti yenidən təşkil edildi. Onun sədri 
N.Nərimanov oldu. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin