Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə47/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   43   44   45   46   47   48   49   50   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 44 
başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq 
işini öz üzərinə götürdü. 
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən 
iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman 
Azərbaycan Demokratik Respublikası fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət 
göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 
19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət 
olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu 
Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdı. Onlardan 80 nəfər 
müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil 
etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, 
gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər. 
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin 
sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa 
yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa 
millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il 
dekabrın 3-də başa çatdırılmalı idi. 
Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq 
Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. 
Parlament demokratiyamızın bu parlaq faktı Məhəmməd Əmin Rəsulzadənin yeni parlamentin 
çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: 
1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında 
(hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli 
açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında 
formalaşdırılmış ilk parlament idi. 
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş 
təbrik nitqi söylədi. 
―Müsavat‖ fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy 
Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə 
olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan 
Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni 
hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. 
1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin 
tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin 
təşkil etdiyi hökumətə etimad göstərdi. 
Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət 
dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan 
Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında 
iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan 
etməsilə ―Vahid və bölünməz Rusiya‖nın parçalanmasına yol açdığı üçün ―Azərbaycanın Rusiyadan 
ayrılması faktını tanımadı‖ və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi. 
Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin 
qərarı ləğv etməyə məcbur oldu. 
Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını 
müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə 
qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər. 
Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan 
Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq 
şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox 
hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. 
Məsələn, Parlamentin sosialist bloku ―yoxsulların mənafeyini müdafiə etmək‖ pərdəsi altında, 
müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin