Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə46/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   42   43   44   45   46   47   48   49   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 43 
ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy 
Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. 
27 iyun 1918-də Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu 
Göyçay yaxınlığındakı döyüşdə ―Bakı Soveti‖nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz 
İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma 
keçməyə başlayıblar. 
27 iyun 1918-də Cümhuriyyətin hökuməti ―Dövlət dili haqqında‖ qərar qəbul edib. Azərbaycan 
(türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub. 
2 iyul 1918-də Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski 
ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının 
əsası qoyulub. 
10 iyul 1918-də Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir 
yaxınlığındakı döyüşdə daşnak-bolşevik ―Bakı Soveti‖nin qoşunlarını məğlub ediblər. Kürdəmir 
qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik 
qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji 
əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər. 
15 iyul 1918-də Cümhuriyyətin hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin 
araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. 
20 iyul 1918-də Cümhuriyyətin və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı 
altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik ―Bakı Kommunası‖ qoşunlarına daha bir zərbə 
endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu 
ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı. 
6 sentyabr 1918-də Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı 
dövlətinin rəhbərliyi ilə görüşüb. Milli Şuranın sədri M.Rəsulzadə, ―Müsavat‖ fraksiyasının üzvü 
X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet 
Vahdettin tərəfindən qəbul edilib. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı 
hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad 
olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum 
barədə qərar verildi. 
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik 
Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun 
hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil 
Azərbaycan hökuməti Bakıya köçmüşdür.
28 may 1919-da Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 
Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını 
xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib. 
16 iyun 1919-da Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. 
Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. 
Hərbi akta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-
ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, 
özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi. 1918-ci il 
sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti 
hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət 
dairəsi genişləndi. 
Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və 
səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni 
həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika 
idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, 
Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya 
yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha 
doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin 
təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin