Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   38   39   40   41   42   43   44   45   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 38 
Birinci dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə ―tatar süvari 
alayı‖ çar generalları tərəfindən ―vəhşi diviziya‖ adlandırıldı. Sonralar bu alay Azərbaycan milli 
ordusunun təşkilində böyük rol oynadı. 
Müharibənin Şimali Azərbaycan iqtisadiyyatına təsiri

 
İqtisadiyyatı hərbi rels üzərinə keçirmək məqsədilə hərbi-sənaye komitəsi təşkil edilmişdi. 
Müharibə Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesindəki durğunluğu daha da 
dərinləşdirmişdi. Duru yanacağa tələbat çoxolsa da, neft hasilatı nə sənaye, nə də hərbi idarələrin 
tələbatını ödəyə bilmirdi. 
Qazma işləri getdikcə azalırdı. Müharibə başlayanda Azərbaycanda 431 milyon pud neft 
çıxarılmışdısa, 1917-ci ildə bu rəqəm 402 milyon puda enmişdi. Rusiyada hasil edilən neftin 80 
faizindan çoxu Azərbaycanın payına düşürdü. 
Dəmir yolu Müdafiə Nazirliyinin xidmətinə verildiyinə görə mülki yüklərin daşınması 
çətinləşmişdi. Dəniz gəmiçiliyi daşınmanın öhdəsindən gələ bilmirdi. 
Təsərrüfat dağınıqlığı sənayenin digər sahələrində də özünü göstərirdi. 
Müharibə başlayan kimi, Gədəbəydəki misəritmə zavodu hərbi sifarişlər yerinə yetirməyə cəlb 
olunmuşdu. Buna görə müharibə vaxtı orada çalışan qeyri-müsəlman fəhlələrə möhlət verilmişdi və 
onlar orduya çağırılmırdı. 
Ölkədə istehsal olunan strateji məhsullardan biri pambıq idi. Cəbhə üçün 1915-ci ildə işləyən 
pambıq-parça fabriklərini xammalla təchiz etmək üçün dövlət komitəsi yaradılmışdı. 
Müharibə illərində yeyinti və sənaye müəssisələri də müharibənin ehtiyacları üçün işləyirdi. 
Ölkədə kənd təsərrüfatı da böhran keçirirdi. Əkin sahələri ixtisar edilmiş və mal-qaranın sayı 
azalmışdı. 
1915-ci ilin iyun ayında çar fərmanına əsasən 18-23 yaş 50 mindən artıq azərbaycanlı gənc arxa 
cəbhədə işləmək üçün səfərbərliyə alınmışdı. Atlar, öküzlər, arabalar hərbi ehtiyac üçün müsadirə 
edilmişdi. Kəndlilərdən alınan vergi 50 faiz artırılmışdı. Azərbaycanda müharibəyə getməmək əvəzinə 
çağırışçılardan xüsusi vergi alınırdı. 
Müharibə ölkədə ərzaq qıtlığını və bahalığı son dərəcə artırdı. ölkədə aclıq başlamışdı. Bakıda iri 
qoşun hissələrinin yerləşdirilməsi əhalinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdu. 
Cənubi Azərbaycan müharibə ərəfəsində. 
1905-1911-ci illər inqilabı Cənubi Azərbaycanda xalqın vəziyyətini əsaslı şəkildə dəyişdirə 
bilmədi. Azərbaycanlılar yenə də milli hüquqlardan məhrum oldu. 
Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti yenə də kənd təsərrüfatı sahələri idi. Əvvəlki 
torpaq mülkiyyət formaları qalırdı. 
Kənd əhalisi yardarlardan və xırdamaliklərdən ibarət idi. Yardar-torpaqsız kəndlilərə, xırdamalik 
isə azacıq torpaq mülkiyyəti olan kəndlilərə deyilirdi. 
Cənubi Azərbaycan İranın 4 əyalətindən biri idi. 
Cənubi Azərbaycan şəhərlərində müxtəlif kustar-sənaye istehsalı üstünlük təşkil edirdi. Təbrizin 
kustar-sənaye istehsalında əsas yeri məhsulu xaricə ixrac olunan xalçaçılıq tuturdu. 
Müharibə ərəfəsində Cənubi Azərbaycanda xarici kapitalistlər, əsasən almanlar tərəfindən 
müxtəlif fabriklər, zavodlar açıldı. 
1912-ci ildə alman kapitalistləri Təbrizdə ―İran xalça şirkəti‖ təsis etdilər. Şirkət istehsal olunan 
xalçaları ABŞ və digər ölkələrə satırdı. 
Ağır feodal mükəlləfiyyətləri və hədsiz vergilər kəndlilərin, fəhlələrin, xırda və orta 
burjuaziyanın hökumətdən narazılığını getdikcə artırırdı. Birinci dünya müharibəsi ərəfəsində ölkədə 
ziddiyyətlər daha da kəskinləşmişdi. 
Erməni quldurlarının azərbaycanlılara qarşı vəhşilikləri. 
Müharibədən əvvəl İran özünün bitərəfliyini elan etsə də, onun ərazisi, xüsusən Cənubi 
Azərbaycan hərbi əməliyyat meydanına çevrilmişdi. Müharibənin Cənubi Azərbaycanda yaratdığı 
qarışıqlıqlardan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Urmiya, 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin