Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Cənubi Azərbaycanın mədəni həyatı.Təhsil



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə40/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   36   37   38   39   40   41   42   43   ...   114
Azərbaycan tarixi

 
Cənubi Azərbaycanın mədəni həyatı.Təhsil 
Ş.M.Xiyabaninin başçılığı altında 1920-ci ilin iyununda yaradılmış Milli Hökümət mədəniyyət, 
o cümlədən maarif sahəsində bir sıra tədbirlər həyata keçirməyə başlamışdı. Yoxsullar üçün pulsuz 
xüsusi qız məktəbinin əsası qoyulmuş, türk dilinin tədrisi üçün Bakıdan, Tiflisdən və Türkiyədən 
müəllimlər dəvət edilmişdi. 
1920-ci ildə Xiyabaninin öldürülməsindən sonra da C.Məmmədquluzadənin bir ilə yaxın 
burada qalması Təbrizin mədəni həyatı üçün mənəvi dayaq idi. 1921-ci ildə Təbriz aktyorları 
tərəfindən onun ―Ölülər‖ pyesi tamaşaya qoyuldu və tamaşadan toplanan vəsait ―Molla Nəsrəddin‖ 
dərgisinin nəşrinə sərf olundu. Molla Nəsrəddinçilərin cənub qoluna mənsub olan şair Mirzə Əli 
Möcüzün jurnalda iki şeri çap olundu. 
1921 və 1925-ci illərdə Sovet Azərbaycanı artistlərinin Təbriz, Xoy, Urmiya şəhərlərində 
qastrol səfərləri Azərbaycanın iki hissəsi arasında mədəni əlaqələrin göstəricisi idi. Eyni zamanda yerli 
aktyorlar tərəfindən Ü.Hacıbəyovun musiqili komediyaları, H.Cavidin ―İblis‖ əsəri tamaşaya 
qoyulmuşdu. 
Rza şahın farslaşdırma siyasəti Cənubi Azərbaycanda mədəniyyətin ümumi inkişafına böyük 
əngəl idi. Bu paniranist siyasət Cənubi Azərbaycanda teatr sahəsinə də böyük zərbə vurdu. Azərbaycan 
türkcəsində tamaşaların qadağan edilməsi nəticəsində tamaşa salonları boş qalmışdı. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 37 
MÖVZU 19 
 
Şimali Azərbaycan və Birinci dünya müharibəsi. 
Müharibənin başlanması. 
 
Dünyanı yenidən bölüşdürmək istəyən ―üçlər ittifaqı‖ və ―Antanta‖ hərbi-siyasi blokları arasında 
qarşıdurma Birinci dünya muharibəsinə gətirib çıxartdı. Hərbi bloklara daxil olan dövlatlərdən hər 
birinin isğalçılıq planında Azərbaycan və onun nefti mühüm yer tuturdu. Azərbaycanda neft 
sənayesində hakim mövqe tutmaq uğrunda mübarizədə alman və ingilis inhisarları xüsusilə 
fərqlənirdilər. 
Almaniya öz məqsədinə çatmaq üçün Türkiyənin iştirakı ilə Qafqazı va ön Asiyanı nüfuz 
dairəsinə almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və 
İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi. Almaniyanın Qafqaza dair isğalçılıq planına 
görə, Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə Türkiyə arasında xristian 
bufer dövləti, habelə Türkiyə sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. 
Rusiyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək idi. 
Ona görə də Rusiyaya qarşı müharibədə Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin