Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
40
MÖVZU 20
Şimali Azərbaycan Fevral inqilabı və sonrakı dövrdə.
Rusiyada 1917-ci il Fevral inqilabı naticəsində çarizmin devrilməsi
ilə ölkədə faktiki olaraq
ikihakimiyyətlilik yaranmışdı. Paytaxtda yaradılan Müvəqqəti hökumət yerlərdə əvvəlki hakimiyyət
orqanlarını ləğv edərək öz hakimiyyət orqanlarını yaratmağa başladı.
Çarizmin devrilməsindən sonra Azərbaycanda gizli fəaliyyət göstərən siyasi partiyalar açıq
fəaliyyət göstərdilər.
1917-ci il martın əvvəlində Bakı Sovetində keçirilən seçkilərdə xalqın milli mənafeyinə uyğun
olmayan yabancı hakimiyyət-Sovetlər yarandı.
Sovetdə əsasən menşevik, daşnak, eser və bolşeviklər
təmsil olunmuşdu. Martın axırlarında şəhərdəki zabit və əsgər deputatları
sovetləri birləşərək hərbi
deputatlar sovetləri yaratdılar. Martın 9-da IV Dövlət Dumasının 5 nəfər üzvündən ibarət Xüsusi
Cənubi Qafqaz Komitəsi təsis edildi. Komitə martın 18-də işə başladı. 1917-ci il martın 17-də
Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı olan İctimai Təşkilatlarn İcraiyyə
Komitəsi
yaradıldı.
Azərbaycanın digər şəhər və qəzalarında da İctimai Təşkilatların İcraiyyə komitəsi yaradıldı. Bu
zaman Gəncədə Nəsib bəy Yusifbəyov, Şəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayevin təşəbbüsü ilə Türk
Ədəmi Mərkəziyyət Federalist Partiyası təşkil olundu. Bu partiya Rusiyanın tərkibində Azərbaycana
ərazi muxtariyyəti verilməsinə tərəfdar olduğunu bəyan etdi.
Azərbaycanda siyasi partiyalarla yanaşı, müsəlman milli şuraları yaradıldı. Cənubi Qafqazdakı
milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası idi.
Dostları ilə paylaş: