Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Şimali Azərbaycanda milli-azadlıq hərəkatı



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   40   41   42   43   44   45   46   47   ...   114
Azərbaycan tarixi

Şimali Azərbaycanda milli-azadlıq hərəkatı. 
Fevral inqilabından sonra Azərbaycanda milli-azadlıq hərəkatında yeni mərhələ başlandı.
Bu mərhələnin əsas cəhətləri: 
1. milli hərəkatın daha kütləvi səciyyə alması; 
2. hərəkata milli ziyalıların rəhbərlik etməsi; 
3. əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası etrafında birləşməsi. 
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı Rusiya 
müsəlmanlarının birləşdirilməsi şüarı altında keçdi. Məhz bu qurultayda yaranmış zəmin əsasında 
1917-ci ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi Mərkəziyyət Partiyası) Müsavatla 
birləşdi və Türk Federalist Müsavat Partiyası adlandı. 
1917-ci il mayın 1-də Ümumrusiya müsəlmanlarının qurultayı Şəmsi Əsədullayevin Moskvada 
tikdirdiyi və müsəlmanlarının sərəncamına verdiyi binada açıldı, Qurultayın gündəliyinə milli-məhəlli 
muxtariyyət, maarif, mədəniyyət, müəssislər məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi. 
Əvvəlki müsəlman qurultaylarında olduğu kimi, bu qurultayda da Ə.M.Topçubaşov və 
M.S.Rəsulzadə türkçülük, millətçilik, istiqlalçılığa xüsusi diqqət verirdilər. 
1917-ci ilin martında Bakıda bolşeviklərin ―Ədalət‖ təşkilatı yaradıldı. Bu təşkilat Azərbaycanın 
cənubundan şimala qəsbkarlığa gəlmiş fəhlələr arasında inqilabi iş görmək və İranın inqilabi-
demokratik qüvvəlləri ilə əlaqə yaratmaq məramına xidmət edirdi. 
1917-ci ilin avqust ayında ―Birlik‖ təşkilatı yaradıldı. Təşkilat Bakının neft mədənlərində və 
sənaye müəssisələrində Volqaboyu quberniyalardan gəlmiş müsəlman fəhlələr arasında siyasi tərbiyə 
işi aparmaq üçün bolşeviklər tərəfindən təşkil olunmuşdu. 
1917-ci il oktyabrın 26-da Müsavat Partiyasının I qurultayı oldu. M.Ə.Rəsulzadə qurultaydakı 
giriş sözündə müstəqil Azərbaycan dövlətinin yaradılacağını söylədi. 
1917-ci ildə Azərbaycanda milli-azadlıq uğrunda mübarizə üç istiqamətdə aparılırdı: 
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində yeritdiyi Müstəmləkəçilik siyasətinə qarşı; 
2) Sovetlərə qarşı; 
3) Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qarşısının alınması. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin