Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə52/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   48   49   50   51   52   53   54   55   ...   114
Azərbaycan tarixi

 
Siyasi vəziyyət 
Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi ilə ―proletariat diktaturası‖ yarandı. Bu 
diktatura əslində partiya diktatura əslində partiya diktaturasına çevrildi. 
1920-ci illərin əvvəllərində Azərbaycanda mövcud olan siyasi vəziyyətin əlamətlərindən biri 
respublika rəhbərliyində qarşıdurmanın olması idi. N.Nərimanov başda olmaqla ―sağlar‖ adlandırılan 
bir qrup kommunistin fikrincə bolşevik ideyaları Azərbaycanda həyata keçirilərkən yerli şərait, milli 
adət-ənənələr, məişət xüsusiyyətləri nəzərə alınmalı, sərt tədbirlər görülməməli idi. ―Sağlar‖ Rusiya 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 49 
təcrübəsinin kor-koranə Azərbaycana köçürülməsinin əleyhinə çıxır. Azərbaycan dilini dövlət dili kimi 
qəbul etməyi, milli kadrları irəli çəkməyə tələb edirdilər. 
Moskva ―parçala və hökmranlıq et‖ xəttini həyata keçirmək üçün S.Orconikidze, S.M.Kirov və 
Q.N.Kaminskini Azərbaycana rəhbər göndərmişdi. Azərbaycanda partiya rəhbərliyi 1934-cü ilədək, 
yəni M.C.Bağırov Azərbaycan K(b)P Mk-nin birinci katibi seçilənədək millətlərin nümayəndələrinin 
əlində oldu. 
Moskvanın siyasətinin həyata keçirilməsində S.Orconikidze xüsusilə fərqlənirdi. Məhz buna 
görə də N.Nərimanov onu müstəmləkəçi adlandırrırdı. ―Sollar‖ın ən zərərli təkliflərindən biri Bakını 
Azərbaycandan ayırmaq idi. Kirov Mirzoyan və Serebrovski bildirirdilər ki, Bakı türk şəhəri deyil, 
beynəlmiləl proletar şəhərdir, ona görə də birbaşa Rusiyanın ərazisinə qatılmalıdır. N.Nərimanovun 
səyi nəticəsində 1921-ci ildə Bakı məsələsi gündəlikdən çıxarıldı. 
Beləliklə, Azərbaycan rəhbərliyindəki qarşıdurma ―sollar‖ın üstün gəlməsi ilə nəticələndi. 
Sovet rejiminə qarşı müqavimət hərəkatı və üsyanlar

Bolşeviklər Azərbaycan Cümhuriyyətinin görkəmli nümayəndələrinə, partiya və siyasi qrup 
rəhbərlərinə, Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı qırmızı terror tətəbiq edirdilər. 
Milli kadrların çoxu ―Nargin‖ adasında güllələndi və Rusiya hərbi düşərgələrinə göndərildi. 
1920-1921-ci illərdə F.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavinləri – H.Ağayevin və 
C.Behbudov, hökümət üzləri – X.Rəfibəyov, İ.Ziyadxanov, məşhur pedaqoq-alim F.Köçərli və b. 
öldürüldü. 
Müsəlman hərbiçilərdən S.Sulkeviç, İ.Usubov, Haşımbəyov, Kazım Mirzə Qacar, İmanulla 
Mirzə Qacar, Həbib bəy Səlimov, Rüfət bəy Şıxlinski, A.Ziyadxanov qırmızı terrorun qurbanı oldu. 
1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edildi. Bakıya gətirildi. O, 
noyabr ayında Stalin tərəfindən həbsdən azad edilib, Moskvaya aparıldı M.Ə.Rəsulzadə 1922-ci ildə 
Finlandiyaya, oradan da Türkiyəyə müraciət etdi. 
1920-ci ilin sentyabrından Azərbaycanda kəndlilərin vəziyyətini ağırlaşdıran ərzaq sapalağı 
tətəbiq olundu. 
Azərbaycanda çoxpartiyalılığa son qoyuldu. AK(b)P-dən başqa bütün partiyalar ləğv edildi. 
1920-ci il aprel çevrilişindən sonra Azərbaycanda sovet rejiminə qarşı müqavimət hərəkatı 
başladı. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin