Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə55/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   51   52   53   54   55   56   57   58   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 52 
etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi. N.Nərimanov və onun yaxın 
silahdaşlarının qəti mövqeti və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş 
tutmadı. 1920-ci il dekabrın 2-də Aleksandropolda (Gümrüdə) Ermənistanın daşnak höküməti ilə 
Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə 
yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. 
Həmin müqaviləyə əsasən, türk generalı Veysəl Ünivar özünü müvəqqəti fövqəladə komissar elan etdi, 
öz dəstələri ilə Şərurda daxil olmaqla Ermənistanla sərhəd məntəqələrini tutdu. Nəticədə 1920-ci il 
dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyannamə ilə çıxış edərək Naxçıvanın 
müstəqilliyini tanıdığını elan etdi. 
Naxçıvanda əhalinin narazılığı get-gedə artdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin 
üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Naxçıvana göndərildi. Naxçıvanda Ordubadda, 
Şərurda və başqa yerlərdə Naxçıvanın Ermənistana verilməsinə qarşı böyük mitinqlər keçirilirdi. 
Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının 
yaradılmasını tələb edirdilər. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə 
daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizindən 
çoxu Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdı. Naxçıvan əhalisinin 
böyük əaksəiyyətinin bir neçə illik inadlı mübarizəsi və rəy sorğusunun nəticəsi Naxçıvanın ərazi 
statusunu həll etdi. Rusiya tərəfi Naxçıvanın əhalisinin iradəsi ilə hesablaşaraq və eləcə də Azərbaycan 
bolşeviklərinin millətsevər hissəsinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll 
etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında 
Behbud ağa Şahtaxtinskinin əməyini xüsusilə qeyd etməliyik. Onun RSFSSRXKS-nın sədri 
V.İ.Leninə yazdığı 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il xüsusən 1 mart 1921-ci tarixli məktub 
və teleqramlarda, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti bu zaman yol verilmiş 
səhvlər. Rusiya – Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan 
– Rusiya münasibətləri Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın Tərkibində 
saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri çatdılrmış, təklif və mülahizələrini 
bildirmişdi. Behbud ağa Şaxtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK (b)P 
MK siyası Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Bu zaman Türkiyədən gələn 
nümayəndə heyəti ilə də danışıqlar aparıldı. Danışıqlarda bir sıra məsələlərlə yanaşı, Naxçıvan 
məsələsi də müzakirə olunurdu. Naxçıvan məsləsinin həm siyası Büroda, həm də Türkiyə -Rusiya 
danışıqlarında müzakirə edilməsi onun ədalətli həllinə kömək göstərdi. 1921-ci il martın 16-da 
Naxçıvanla bağlı iki mühüm qərar qəbul edildi. PK(b)P MK Siyası Bürosu Behbud ağa 
Şahtaxtinskinin təklifini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikasının 
yaradılması haqqında qərar qəbul etdi. Həmin gün Türkiyə-Rusiya müqaviləsi də imzalandı. Bu 
müqavilənin üçüncü bəndinə əsasən Naxçıvan vilayəti muxtar ərazi statusu alırdı. Ötən əsrin 20-ci 
illərində Türkiyə ilə Cənubi Qafqaz Respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq 
mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri 
həll etmək lazım gəlirdi. Razılığa əsasən belə bir konfrans Qars şəhərində keçirildi. Qars konfransı 
1921-ci il sentyabrın 26-da başladı, oktyabrın 13-də müdafiə bağlaması ilə sona çatdı. Konfransda 
Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Bu müqavilə ilə Naxçıvan sərhədləri belə 
müəyyən edildi. ―Üçbucaq təşkil edən zonada yerləşən Naxçıvanın ərazisi Urmiya kəndindən başlayan 
düz xətt boyunca Arazdəyən stansiyasına qədər, yenə də düz xətt boyu qərbi Daşburun dağına (3142m) 
suayrıcı xətlə şərqi Daşburun dağından (4108m) keçib Cəhənnəm dərəsi ilə bulaqdan (cənub) keçib, 
suayrıcı xətt üzrə Bağırsaq dağından (6607 və 6587m) keçmiş İrəvan dairəsi və Şərur Dərələyəz 
qəzasının inzibati sərhədi boyunca 6629m yüksəkliyindən kömürlü dağa (6839 və ya 6930m) və 
oradan (3080m) yüksəkliyindən Sayat dağı (7868m) Qurdqulaq kəndi və Həməsür dağına (8160m), 
8022m yüksəklik Quru dağa (10282m) və bundan sonra keçmiş Naxçıvan qəzasının inzibati sərhədi 
daxilində müəyyən edilmişdi.‖ 
Beləliklə, RSFSR hökümətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni 
daşnaklarının ciddi cəhdlərinə və silahlı mübarizələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, 
dönməz iradəsi, Türkiyə hökümətinin obyekti mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyası 
xadimlərin diplomatik səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı 1921-ci il 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin