Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 53 aprelin 4-də Naxçıvan SSR İnqilab Komistəsi təşkil olundu və həmin ilin sonunda Naxçıvan
respublikasında sovetlərə seçkilər keçirildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in Birinci
Sovetlər Qurultayı oldu. Qurultay diyarda sovet və təsərrüfat quruculuğuna dair mühüm qərarlar qəbul
etdi. Naxçıvan İnqilab Komistəsi ləğv olundu. Naxçıvan İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq
Komissarları Soveti yaradıldı.
1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və
Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxdı. Əsasnamədə deyirdi: ―Naxçıvan diyarı ASSR-in
qəyyumluğu altında muxtar respublika elan edilərək Naxçıvan Sovet Sosialist Respublikası
adlandırılsın‖ 1922-ci ilin noyabrında V,Leninin sədrliyi ilə RK (b) P MK Siyası Bürosu Naxçıvan
Muxtar Respublikası yaradılmasının zəruruliyi haqqında qərar qəbul etdi. 1923-cü il yanvarın 21-də
AK(b)P Mərkəzi Komitəsi RK(b) P Zaqafqaziya Ölkə Komitəsi Rəyasət Heyətinin 18 yanvar 1923-cü
il tarixli qərarına əsasən, Naxçıvan MİK və XKS-ni ləğv etdi və Naxçıvan diyar İcraiyyə Komitəsini
yaratdı. 1923-cü il fevralın 27-də Naxçıvan Diyar Sovetlər Qurultayında Naxçıvan SSR-in Naxçıvan
ölkəsinə çevrilməsi qərara alındı. Diyarı idarə etmək üçün 17 üzvdən ibarət Naxçıvan Diyar İcraiyyə
Komitəsi yaradıldı. Həmin il dekabrın 31-də Azərbaycan SSR MİK Naxçıvan diyarının Azərbaycan
SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qəti qərar qəbul etdi.
1924-ci il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-
da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sisialist
Respublikasına çevrilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi.
Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin.
Naxçıvan SSR haqqında Əsasnaməni hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və
A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə müddətində həmin layihəni
hazırlasın.
Komissiyanın hazırlığı Əsasnamə 1924-cü il martın 23- də Azərbaycan MİK tərəfindən təsdiq
olundu. Bununla bərabər, muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
hazırlandı və 1926-cı il aprelin 18-də Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan Muxtar
Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi.
―Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında
olmaqla onun tərkib hissəsidir.‖
Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də
qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində özünəməxsusi yer tutan Naxçıvan
Muxtar Respublikasının statusu müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilmişdir.
Yeni Konstitusiyada ―Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibi muxtar
dövlət Azərbaycan Respublikasının yeni Konstitusiyası hazırlanmış və 1998-ci il dekabrın 29-da
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, eləcə də SSRİ kimi nəhəng bir dövlətin
rəhbərlərindən biri olanda daim Naxçıvanın hərtərəfli tərəqqisi, muxtariyyət statusunun qorunub
saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirindəki nitqində Azərbaycan Prezidenti cənab
İlham Əliyev bu barədə demişdir. ―Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir.
1970-1980-ci illərin əvvəllərində respublikanın sosialist-iqtisadi inkişafı üçün çox böyük işlər
görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü
müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-cı illərin sovet məkanında ən qabaqcıl
yerlərdə idi. O cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparırdı Naxçıvan sənaye
potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı‖.
1990-1993-cü illərdə çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar
Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişaf təmin edilmişdir.
Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu
diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yebileyinin qeyd olunması, muxtariyyət statusunun