Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 60 Naxcıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərzi təşkil edir. Xəritə çəkildi və orada
Naxçıvanın ərazisi dəqiq göstərildi. Dövlət aparatının saxlanılmasının iqtisadi çətinlikləri ilə bağlı
1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının respublika muxtariyyəti ləğv edildi, ona ölkə
muxtariyyəti verildi. Naxçıvan Ölkə İcraiyyə Komitəsi yaradıldı. 1924-cü fevralın 9-da isə Azərbaycan
MİK Naxçıvan Ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR-ə verillməsi haqqında
qərar qəbul etdi.
1921-ci ilin II yarısında Yuxarı Zəngəzur-Gorus Ermənistanının əlinə keçdi. Azərbaycanlılar
buradan sıxışdırılaraq öz doğma torpaqlarından didərgin salındılar. Ermənistan Aşağı Zəngəzuru-
Bərgüşadı da ələ keçirməyə çalışırdı . Hacısanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu tərəfindən
1921-ci ilin iynunda tərksilah edildikdən sonra buna daha münasib şərait yaranmışdır. Qubadlı
qəzasına Ermənistanın səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu Musayev özünü yerli silahlı
dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.
1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda Yapon adlı qiyamçının silahlı quldur
dəstələri Noraşen dəmiryol stansiyasını tutmaq üçün hücum edib Sədərək, Yayçı, Cəfərli və Arpaçay
kəndlərini ələ keçirmişdi. Erməni quldurları dinc əhaliyə yenə olmazın zülm edirdilər. Dümənə qarşı
Abbasqulu bəy Şaxlinskinin rəhbərliyi ilə ―Qırmızı tabor‖ qəhrəmanlıqla vuruşdu. Darzik ətrafında
döyüşdə daşnak quldur dəstələri darmadağın edildi.
Gürcüstanda sovet hakimiyyəti quruldudan sonra Moskvanın təzyiqi ilə Azərbaycanın Borçalı
ərazisi də Gürcüstana güzəştə gedildi. Eyni zamanda Bakını Azərbaycandan ayırıb Rusiyaya vermək
planları hazırlandı. Lakin bu hiylə baş tutmadı. 1929-cü ildə yenidən 13 min hektar Azərbaycan ərazisi
Nüvəndi, Tutu və Ernazar kəndləri, habelə Naxçıvandan 9 kənd (582,9), Qaymaqlı və Kürümüzlü
arasında sahələr (228,9 ha) Ermənistana verildi.
1938-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəddi dəqiqləşdirmək bəhanəsi ilə
―bərabərltərəfli‖ komissiya yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq
komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7- də imzalanmış protokala əsasən Laçının
Qaragöl yaylası, Qubadlının Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod
sahəsi Ermənistana verildi. Azərbaycan SSRİ Ali Sovet 1938-ci il mayın 5-də bu protokolu təsdiq etdi.
Lakin buna baxmayaraq, azərbaycanlılar müqavimət göstərir, öz torpaqlarını əldən vermirdilər.
Əhalisinin milli ruhu hələ də yüksək olan Azərbaycanı parçalamaq, onu ciddi problemlər
qarşısında qoyub tam asılı vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. Yuxarı
Qarabağda milli münaqişə ocağı qızışdırılırdı. Ermənistan hökuməti 1921-ci ilin iyunun Azərbaycanın
suverən hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı ilə Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi haqqında dekret verdi. Azərbaycanın razılığı haqqında fikrin ağ yalan olduğu AK (b)
MK siyasi təşkilat bürosu iclasında ifşa olundu.
1921-ci il iyunun 27-də AK (b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu
məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyətcə azərbaycanlı olan kommunistlər biləşərək
yekdilliklə Ermənistan iddialarını rədd etdi.
Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini
Ermənistanın xeyrinə həll etmək fikrindən əl çəkmədi. 1921-ci il iyulun 4-5-də PK(b)P Qafqaz
burosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclas səs çoxluğu ilə Dağlıq Qarabağı
Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun
təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq
bu məsələnin PK(b)P MK-nın qəti qərarına keçirilməsi haqqında qərar qəbul edildi. N.Nərimanov
V.İ.Leninə bu məsələ ilə bağlı teleqram vurdu və məktub yazdı. Məktubda deyilirdi ―Əziz Vladimir
İliç: Teleqrammada göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın,
Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. İndi isə mərkəz Azərbaycanın mübahisəsiz
ərazisini Ermənistana verir. Əgər bu ərazi Gürcüstana verilsəydi, buna ictimai-siyasi don geydirmək
olardı. Lakin bu ərazinin Ermənistana, daşnaklara verilməsi düzəlməyən səhvdir. Bizim oradakı
nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir. Əziz Vladimir İliç, görəsən
―Müstəqil Azərbaycan‖ sözü sizin ağzınızdan çıxmamışdırmı? Bütün vaxtlar Deniki müdafiə edən
Ermənistan müstəqillik, əlavə olaraq ərazi alır. İkili siyasət yeridən Gürcüstan müstəqillik qazanır.