Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə62/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   58   59   60   61   62   63   64   65   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 58 
1922-ci ilin fevralında Zaqafqaziya partiya təşkilatlarının I qurultayı çağrıldı. Fevralın 23-də 
Orconikidze Zaqafqaziya ölkə komitəsinin birinci kitabi seçildi. Zaqafqaziya ölkə Komitəsinin 
Rəyasət heyətinə Orconikidze, Kirov, Oraxelaşlvili üzv, Myasnikov isə namizəd seçildi. Elə ilk 
tərkibindən ölkə komitəsinin əsil mahiyyəti özünü büruzə verdi. Zaqafqaziya Ölkə Komitəsinin 1922-
ci il aprel plenumu rəyasət heyətinin tərkibinin sayını 5 nəfərə qaldırdı. Myasnikov və Maxaradze 
reyasət heyətinin üzvü, Yaqubov isə namizəd seçildi. Yalnız iyun ayında Nərimanov rəyasət heyatinin 
tərkibinə daxil edildi. 1922-ci il martın 12-də üç respublikanın Mərkəzi Komitələrinin səlahiyyətli 
konfransı hazırlanmış ittifaq müqaviləsini təsdiq etdi. 1922-ci il aprelin 28-də öz işinə başlamış II 
Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan zəhmətkeşləri adından Zaqafqaziya respublikalarının 
federativ dövlət ittifaqında birləşməsini bəyəndi. 
1922-ci il dekabrın 4-13 arasında keçirilmiş I Zaqafqaziya Sovetlər qurultayı-Zaqafqaziya Sovet 
Federativ Sosialist respublikası təşkil etmək haqqında qərar qəbul etdi. Qurultayda Ali qanunvericilik 
orqanı-Zqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. AK( b )P-nın V qurultayında (1923-cü il mart) 
S.M.Kirov və digər partiya liderləri tərəfindən Zaqafqziya federasiyasının yaradılmasının əsl bolşevik 
mahiyyəti açıqlandı: ―Bizim siyasi və iqtisadi şəraitimiz elə deyildir ki, biz hər bir millətə imkan verək 
ki, tam ayrılsın. Bizim milli münasibətlər tarixi sizin yaxşı yadınızdadır. 1917-ci ildə kommunistlər 
hakimiyyətə gələn zaman çar imperiyası necə oldu-o tam dağıldı. Nəinki hər bir millət ayrıldı və onlar 
hətta özlərini siyasi cəhətdən dövlət elan etdilər. Bu ilk anlar idi ki, biz elan etmişdik hər bir millət 
ayrıla bilər. Hamı özünü azad və müstəqil hiss etdi, hər bir icma necə deyərlər özünü dövıət kimi hiss 
etdi. Sosialist respublikaları birləşməlidir. O, bir mərkəzdən idarə olunmalıdır. Ordu, ordunun gücü və 
rəhbərliyi bir mərkəzdən almalıdır. Zaqafqaziya federasiyasının yaranmasını bizim bir illik 
mövcudluğumuzun ən başlıca siyasi anı hesab etmək olar‖.Şərhə ehtiyac yoxdur. 
Digər sovet respublikalarını formalaşdırmaq məqsədilə 1922-ci il avqustunda PK (b)P MK 
tərəfindən İ.Stalinin başçılığı ilə xüsusi komissiya yaradıldı. Stalinin ―muxtariyyatlaşdırma‖ planı daha 
çevik planla bərabərhüquqlu respublikalar ittifaqı planı ilə əvəz edildi. 
1922-ci il dekabrın 30-da Moskvada açılan SSRİ I Sovetlər qurultayı SSRİ-nin təşkili haqqında 
bəyannaməni və müqaviləni təsdiq etdi. Qurultay Sovet dövlətinin ali orqanı SSRİ Mərkəzi İcraiyyə 
Komitəsi seçdi. 
192-cü il yanvarın 2-də SSRİ MİK-nin birinci sessiyası MİK-in rəyasət heyətini və sədrlərini 
seçdi. Azərbaycan respublikasından N.Nərimaov seçildi. Bununla da Sovet Rusiyasının Azərbaycanda 
yeritdiyi siyasətin ―əl-ayağına dolaşan‖ N.Nərimaov respublikadan uzaqlaşdırıldı və Zaqafqaziya 
federasiyasının yaradılmasını ən çox iqtisadi amillə bağlanır, məsələnin əsil mahiyyəti gizlədilməyə 
cəhd edilirdi. Məsələn, PK ( b)P Qafqaz bürosunun 1921-ci il noyabrında keçirilən plenumunun 
qətnaməsində deyilirdi: ―Üç respublikada çoxlu xalq komissarlıqları və müəssisələrinin mövcud 
olması böyük qüvvə və vəsaitin sərf edilməsinə səbəb olur və bu bir çox orqanların işində lazımsız 
paralellik yaradır. Buna görədə, dövlət həyatının başlıca və vacib sahələrində ümumi qüvvə ilə inzibati 
idarəçilik etmək sovet işini məhsuldar edir və qüvvətləndirir‖. Yaxud 1921-ci il dekabrın 2-də Bakı 
Sovbetinin iclasında deyilirdi ki, Zaqafqaziya respublikalarında, onların hər birində 15 komissarlıq 
olmaqla 45 kommisarlıq vardır. Bu Zaqafqaziyanın büdcəsini ağırlaşdırır, çətinləşdirir və başqa bir 
sahədə istifadə edilməsi mümkün olan bir çox məsul işçiləri zəruri olan işdən ayırır. Əlbəttə, bütün 
bunlar bolşevik təbliğatı idi, əsl həqiqətdə isə Azərbaycanın bütün hüquqları əlindən alınmışdı. Belə ki, 
xarici işlər, hərbi-dəniz, yol-rabitə, poçt və teleqraf, maliyyə, xarici ticarət, ərzaq və neft 
komissarlıqları ləğv edilib, onların funksiyaları ZSFSR və SSRİ-nin müvafiq xalq komissarlıqlarına 
verilmişdi. 1921-ci ildə I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmiş Azərbaycan 
Konsititusiyası əsasında yaradılmış 17 xaql komissarlığı saxlanılmışdı. 
Elə bu vaxtlar N.Nərimaov V.İ.Leninə yazırdı: ―Əziz Vladimir İliç, görəsən ―Müstəqil 
Azərbaycan‖ sözü sizin ağlınızdan çıxmayıbmı? Çoxmilyonlu xalqın hüquq və hissələri ilə zarafat 
etmək olmaz‖. 
Lakin bu zarafat deyil, Rusiya imperiyasını bərpa etmək yolunda həyata keçirilən siyasətin real 
təcəssümü idi. Məhz bu siyasətlə nəinki Azərbaycanın müstəqilliyi əlindən alındı, hətta onun ərazi 
bütövlüyünə də qəsd edildi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin