Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 57 MÖVZU 25 Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdlər Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana münasibəti
bərabərhüquqlu dövlətlərin münasibəti təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrın D.A
Bakıda müstəqil Azərbaycanın paytaxtında Şərq xalqlarının birinci qurultaynın keçirilməsi, 1920-ci il
sentyabrın 30-da RSFSR ilə Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında
müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi səciyyələndirən addımlar idi. Bu
addımlarda hansı məqsədlər güdülürdü Şərq aləmində kommunist ideyalarını yaymaq məqsədi güdən
Şərq xalqlarının I qurultayında qarşıya qoyulmuş məqsədin mənasızlığı tez bir zamanda məlum oldu.
Şərqdə ―dünya inqilabi‖ ideyalarının yayılması mənasızlaşdı. Ermənistanda (1920-ci il noyabr) və
Gürcüstanda (1921-ci il fevral) Sovet hakimiyyətinin elan edilməsi ilə müstəqillik oyunu sona çatdı.
Ortaya yeni bir ideya Zaqafqaziya respublikalarını vahid bir dövlət çərçivəsində birləşdirmək ideyası
atıldı.
Bəzi yerli kommunistlərin müstəqil davranış meyllerinin qarşısını alan vahid Zaqafqaziya
idarəçilik orqanının yaradılmasında sadiq rus canişini Orconikidze rəhbərlik edirdi. Məsələ siyasi
cəhətdən elə qoyulurdu ki, guya vahid Zaqafqaziya yaratmaq ideyası yerli kommunistlərin öz arzu və
istəyidir. Əslində isə belə bir federasiyanın yaradılmasının lahiyəsi Moskvada tərtib edilmişdi.
V.İ.Lenin 28 noyabr 1921-ci ildə ―Zaqafqaziya federasiyasının yaradılması haqqında təklifin
lahiyəsi‖ni yazmış və həmin sənəddə göstərmişdiki, ―1. Zaqafqaziya respublikalarının federasiya
prinsipcə tamamilə düzgün və hökmən yaradılmalı hesab edilsin; dərhal əməli surətdə yaradıcılıq
mənasında isə hələ vaxtı çatmamış hesab edilsin, yeni onun müzakirə və təbliğ edilməsi, habelə
aşağıdan sovetlər vasitəsilə keçirilməsi üçün müəyyən müddət tələb olunur;
2. Gürcüstan, Ermənistan və Azərbaycan Mərkəzi Komitələrinə (Qafqaz Bürosu vasitəsilə) təklif
edilsin ki, federasiya məsələsini geniş surətdə partiyanın, fəhlə və kəndli kütlələrinin müzakirəsinə
qoysunlar, federasiya uğrunda ciddi təbliğat aparsınlar və onu hər bir respublikanın sovetlər qurultayı
vasitəsilə keçirsinlər. Elə belə də oldu. Bu yeni siyasi addımın xalqın istək və tələbi kimi qələmə
verilməsi təsadüfi deyildi. Çünki Gürcüstanda, Azərbaycanda və Ermənistanda məsələnin mahiyyətini
dərk edən və milli ―millətçi‖ möhürü ilə damğalanır və sosialzmin düşmənləri elan olunurdular.
Beləliklə, respublikada saysız-hesabsız yığıncaqlar keçirildi. Qorxu altında keçirilən bu yığıncaqlarda
əsas qərarlar birmənalı oldu. Yəni xalq guya federasiya istəyir. Məsələn, 1921-ci il dekabrın 1-də
AHİMŞ-nın plenumunun qəbul etdiyi qətnamədə deyilirdi:
―Azərbaycan proletariatı Zaqafqaziya federasiyasının təşkili işi bu yaxınlarda başa çatdırlacaq və
Zaqafqaziyanın inkişafında yeni və parlaq bir səhifə açacaqdır. Yaşasın vahid Zaqafqaziya! Yaşasın
vahid Zaqafqaziya proletariatı‖.
1921-ci il dekabrın 25-də toplanmış Qazax partiya təşkilatının V Konfransının qəbul etdiyi
qətnamədə deyirdi ―Yalnız belə bir birləşmə yolu ilə biz qüvvələrimizi birləşdirib Qafqazın dağılmış
təsərrüfatını bərpa edə bilərik. Yaşasın RSFSR-in Sovet Qafqazı ilə sıx ittifaqı.
Azərbaycan kommunistləri, partiya, sovetlər, komsomol, həmkarlar təşkilatları, bütün kütləvi
informasiya vasitələri Zaqafqaziya federasiyasının yaradılmasını canfəşanlıqla təbliğ edir və bu
məsələnin xalq kütlələrinin istəyi olduğunu bildirdir IV Ümumazərbaycan Sovetlər qurultayında qeyd
edildi ki, Azərbaycanda elə bir qəza, elə bir kənd olmamışdır ki, orada bitərəf kütlələr-fəhlə və
kəndlilər yığışıb Zaqafqaziya federasiyasının yaradılması əleyhinə qətnamə qəbul etməsinlər. Beləliklə,
aşağıların istəyi adı altında Zaqafqaziya federasiyasının yaradılması yolunda ilk addım 1921-ci ilin
aprelində atıldı. Beləki, Azərbaycan, Gürcüstan, Ermənistan dəmir yol idarəçiliyinin, iyulda isə Xarici
Ticarət orqanlarının birləşdirilməsi haqqında saziş imzalandı.
1921-ci il noyabrın əvvəllərində RK ( b) P Qafqaz bürosu Azərbaycan, Gürcüstan və Ermənistan
arasında federativ ittifaqın yardılması təklifini irəli sürdü, həmin ayın axırında RK (B) MK-nın Siyası
bürosu Zaqafqaziya federasiyasının yaranması haqqında qətnamə qəbul edildi. AK ( B) rəhbərlik edən
S.M.Kirov Zaqafqaziya federasiyası ideyasını inadla müdafiə edir və bu ideyanı əzmlə həyata keçirirdi.