Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə65/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   61   62   63   64   65   66   67   68   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 61 
Sovet Rusiyasna ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. 
Çoxmilyonlu xalqın hüquq hissələri zarafat etmək olmaz. 
Mən qəti bildirirəm: Əgər bizim fikirlərimizə əhəmiyyət verməsəniz biz geri çağırılmağımız 
haqqında məsələ qaldıracağıq. 
Mən sizin diqqətinizə çatdırmaq istəyirəmki, əgər mərkəz qısa müddətdə daşnak 
kommunistlərinin iyrənciliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir. 
Bu sətirlər bolşevik ideyalarının toruna dümüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin istefa 
vermək imkanı olmayan N.Nərimaov Moskvanı Şərqin ondan üz döndərməsi ilə hədələsə də, heç bir 
nəticə əldə edə bilmədi. 
1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK (b) MK-nın rəyini nəzərə alaraq 
aşağıdakı qərarı qəbul etdi: 
―Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi 
əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati 
mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət verilsin‖. 1921-ci il sentyabr 
ayında AK(b)MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa 
geniş vilayət Muxtariyyəti verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən 
qətnamə qəbul etdi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi 
qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyətinin verilməsi məqsədəuyğun hesab 
edilməsin. Lakin respublikanın bu məsələdə fikri mərkəz üçün həlledici deyildi. PK(b)PMK-nın 
Zaqafqaziya ölkə komistəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin 
təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyətinin 
verilməsi barədə AK(b)MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan 
MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSRin tərkibində Xankəndi olmaq şərti ilə ―Dağlq Qarabağ 
Muxtar Vilayətinin yaradılması haqqında‖ dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli 
fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni ola Şaumyanın şərəfinə 
Stepanaket adını verdilər (1991-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və 
yaşayış məntəqəsinə əvvəlki adı verildi). 
Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu 
torpaqların ermənilərə məxsus olmasının qismən də olan etirafı idi. Bu isə Ermənistana və onun 
himayədarlarına gələcək siyasi oyunlar üçün bir ―əlyeri‖ qoymaq idi. Əslində elə belə də oldu. 
Sovetlər İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperyanın 
dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi qüvvələrinin 
köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin əvvəlində Dağlıq Qarabağdakı azərbaycanlıları 
yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və 
Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20% torpağını işğal etdi və bir milyon insan 
öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük 
dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı ―mərkli niyyətlərini‖ həyata 
keçirilməsi üçün yaralanmağa çalışırlar. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin