Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə66/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   62   63   64   65   66   67   68   69   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 62 
MÖVZU 26 
 
Formal müstəqilliyin ləğv edilməsi. 
 
1920-ci il aprel çevrilişindən sonra formal olaraq müstəqil sovet respublikası elan edilmiş 
Azərbaycanı mərkəzdən-Moskvadan təyin olunan bolşevik emissarlar idarə edirdilər. Yarandığı ilk 
vaxtlardan Azərbaycan SSR-nin formal müstəqilliyi əlindən alınmağa başlandı. 
Azərbaycanın 
formal müstəqilliyinin itirilməsində digər addım onun xaricdəki 
nümayəndəliklərinin ləğv edilməsi oldu. Aprel işğalınadək Azərbaycanın 20 ölkə ilə diplomatik 
əlaqəsi var idi. Lakin müxtəlif çətinliklərin (maliyyə, kadr və s.) olması bəhanəsi ilə onlar tezliklə ləğv 
olundu. 
1921-ci ilin sentyabr–oktyabr aylarında Rusiyanın təkidi ilə üç respublika Qarsda vahid 
nümayəndəlik halında Türkiyə ilə müqavilə bağladı. Sovet Rusiyasının müqaviləni bu cür 
imzalatmaqla əsas məqsədi Azərbaycanı Türkiyədən ayırmaq idi. 
1921-ci il noyabrın 3-də RK(b)MK Qafqaz bürosu, noyabrın 29-da isə RK(b)PMK-nın Siyasi 
bürosu Zaqafqaziya Federesayasının yaradılması haqqında qərar qəbul etdilər. 1922-ci il martın 12-də 
üç respublikanın Mərkəzi İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri ittifaq müqaviləsini təsdiq 
etdilər. Beləliklə, ZSRFR (Zaqafqaziya Sovet Respublikalarının Federativ Respublikası) yarandı. 
1922-ci il dekabrın 10-da Zaqafqaziya Sovetlərinin birinci qurultayında ali orqan olan 
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla da Azərbaycan SSR formal müstəqillikdən 
məhrum oldu. 
1922-ci il dekabrın 30-da Moskvada birinci Sovetlər qurultayı keçirildi. Qurultay dörd 
respublika-RSFSR, Ukrayna SSR, Belorusiya SSR və ZSFSR əsasında SSRİ-nin yaradıldığını elan 
etdi. ZSFSR tərkibində olan Azrbaycan SSR də SSRİ-yə qayıtdı. 
Qurultay SSRİ-nin ali orqanı olan Mərkəzi İcraiyyə Komitəsini seçdi, SSRİ Mərkəzi İcraiyyə 
Komitəsinin dörd sədrlərindən biri də N.Nərimanov oldu. 
1924-cü ildə SSRİ-nin birinci Konstitusiyası qəbul edildi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin