Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 46 1919-cu ilin dekabrında «Müsəlman Şərqini öyrənən cəmiyyət» yaradılmışdı. 1919-cu il
oktyabrın 15-də Azərbaycan parlamenti «Mətbuat haqqında» qanun qəbul etmişdi. 1919-cu ildə
Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu. Onlardan 39-u milli dildə idi.
Teatr, klub və mədəniyyət evlərinin şəbəkəsi genişlənmişdi. Nazirlər kabinəsinin 1919-cu il 17
noyabr qərarı ilə teatr dövlət inhisarına keçirilmişdi.
Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə
kitab olan 11 kitabxana fəaliyyət göstərirdi.
Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq
uğrunda da ardıcıl mübarizə aparmışdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə
yaratmışdı, Müstəqilliyin ilk dövründə (1918-ci il may-oktyabr) Türkiyə Azərbaycan istiqlalının
möhkəm qarantı olmuşdu. Lakin 1918-ci il oktyabrın 30-da Böyük Britaniya və Osmanlı Türkiyəsi
arasında bağlanmış Mudros sazişi Azərbaycan-Türkiyə dostluq münasibətlərinə böyük xələl
gətirmişdi. Bu sazişə əsasən Türkiyə Cənub Qafqazdan, o cümlədən Azərbaycandan qoşunlarını
çıxarmalı olmuşdu.
AXC hökumətinin Böyük Britaniyanın Bakıdakı nümayəndəliyi ilə də münasibətləri qaydaya
salınmışdı. General Tomson və ondan sonra Bakıya gələn Balkanlarda və Qafqazda ingilis
qoşunlarının baş komandanı C. Mili AXC hökumətini tanımışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə də münasibətləri qaydaya salmağı vacib
saymışdı. Gürcüstan, Dağlılar Respublikaları və İranla münasibətlərin dinc yolla qaydaya salınması
belə addımlardan idi. O, Sovet Rusiyası və Ermənistanla da qonşuluq münasibətləri yaratmağa
çalışmışdı. Lakin burada ciddi çətinliklərlə rastlaşmışdı. Belə ki, Rusiya Azərbaycana qarşı yenə də
müstəmləkəçilik ambisiyalarından əl çəkmir, Ermənistan isə ərazi iddialarını davam etdirirdi.
AXC hökumətinin səyi və cəhdlərinə baxmayaraq həmin dövlətlərlə münasibətlər qaydaya
düşmürdü. Bolşevik Rusiyası millətlərin öz müqəddəratını təyin etmək barədə bəyannamə verməsinə
baxmayaraq onların müstəqil olmaları ilə barışa bilmirdi.
Azərbaycan hökuməti hələ yarandığı ilk gündən Ermənistanla (Ararat Respublikası) mübahisəli
sərhəd məsələlərini siyasi yolla həll etmək niyyətində idi, Azərbaycan Milli Şurası yenicə
müstəqilliyini elan etmiş erməni dövlətinə yardım etmək məqsədilə 1918-ci il mayın 29-da əzəli
torpağı olan İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımışdı. Buna baxmayaraq
bədxah qonşumuz yenə də Azərbaycana ərazi iddialarından əl çəkmirdi.
Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu
üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer
tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda
görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi 1919-cu ilin yanvarında
İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı.
Nümayəndə heyətinin, xüsusən Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il
yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O,
dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun
beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi.
Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu
Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imper ambisiyasından əl çəkmirdi. Hər
zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də
Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi
teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros
sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu.
Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı,
Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi.
Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək
hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin
N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il
aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında