Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Qafqaz cəbhəsində hərbi əməliyyatlar



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   37   38   39   40   41   42   43   44   ...   114
Azərbaycan tarixi

Qafqaz cəbhəsində hərbi əməliyyatlar. 
 
1914-cü il oktyabrın 20-də Rusiya Türkiyəyə müharibə elan etdi. Bununla da Qafqaza hərbi 
əməliyyatlar başlandı. Türk qoşunları Qars-Batum istiqamətində Cənubi Qafqaza hücum etməklə 
yanaşı, Cənubi Azərbaycan ərazisinə də girdilər. 
Ənvər paşanın və qərargahının hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına 
əsas zərbə Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın özu rəhbərlik edirdi. 
Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi 
davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu. Canlı qüvvənin və hərbi 
texnikanın çoxluğu, habelə almanların hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna 
qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi 
Azərbaycandan çıxartdı. Müharibənin sonuna kimi Qafqaz cəbhəsində ciddi dəyişiklik baş vermədi. 
Məlum olduğu kimi, Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar. Bundan başqa, 
çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından, silahı 
müstəmləkəçilərin özünə qarşı çevirəcəklərindən ehtiyat edərək Birinci dünya müharibəsi dövründə 
onları orduya çağırmamışdı. 
Azərbaycandan rus ordusunda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. 
Birinci dünya müharibəsi dövründə rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit qulluq 
edirdi.
Müharibədə Müqəddəs Georgi” ordeni alan azərbaycanlılar bunlar idi: 
1. Nijeqorod draqun alayının rotmistri Teymur Novruzov; 
2. İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov; 
3. Müsəlman süvari alayının döyüşçüsü Tərlan Əliyarbəyov; 
4. Polkovnik Qalib ağa Vəkilov; 
Hələ rus-yapon müharibəsindən məşhur olan hərbçilər Səmədbəу Mehmandarov, Əliağa 
Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahimağa Vəkilov. Birinci dünya müharibəsi dövründə məşhur 
sərkərdələr səviyyəsinə yüksəldilər. 
Lodz əməliyyatı zamanı göstərdiyi şücaətə görə Səmədbəy Mehmandarovun vəzifəsi böyüdüldü 
və II Qafqaz ordusuna korpus komandanı təyin edildi. 
Müharibənin gedişində Əliağa Şıxlinski Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci 
ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin edildi. O, Rusiyanın ən ali ordenlari ilə yanaşı, 
Fransanın ali rütbəli sərkərdələr üçün nəzərdə tutulan ordenləri ilə də təltif edilmişdi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin