Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
49
təcrübəsinin kor-koranə Azərbaycana köçürülməsinin əleyhinə çıxır. Azərbaycan dilini dövlət dili kimi
qəbul etməyi, milli kadrları irəli çəkməyə tələb edirdilər.
Moskva ―parçala və hökmranlıq et‖ xəttini həyata keçirmək üçün S.Orconikidze, S.M.Kirov və
Q.N.Kaminskini Azərbaycana rəhbər göndərmişdi. Azərbaycanda partiya rəhbərliyi 1934-cü ilədək,
yəni M.C.Bağırov Azərbaycan K(b)P Mk-nin birinci katibi seçilənədək millətlərin
nümayəndələrinin
əlində oldu.
Moskvanın siyasətinin həyata keçirilməsində S.Orconikidze xüsusilə fərqlənirdi. Məhz buna
görə də N.Nərimanov onu müstəmləkəçi adlandırrırdı. ―Sollar‖ın ən zərərli təkliflərindən biri Bakını
Azərbaycandan ayırmaq idi. Kirov Mirzoyan və
Serebrovski bildirirdilər ki, Bakı türk şəhəri deyil,
beynəlmiləl
proletar şəhərdir, ona görə də birbaşa Rusiyanın ərazisinə qatılmalıdır. N.Nərimanovun
səyi nəticəsində 1921-ci ildə Bakı məsələsi gündəlikdən çıxarıldı.
Beləliklə, Azərbaycan rəhbərliyindəki qarşıdurma ―sollar‖ın üstün gəlməsi ilə nəticələndi.
Sovet rejiminə qarşı müqavimət hərəkatı və üsyanlar
.
Bolşeviklər Azərbaycan Cümhuriyyətinin görkəmli nümayəndələrinə,
partiya və siyasi qrup
rəhbərlərinə, Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı qırmızı terror tətəbiq edirdilər.
Milli kadrların çoxu ―Nargin‖ adasında güllələndi və Rusiya hərbi düşərgələrinə göndərildi.
1920-1921-ci illərdə F.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavinləri – H.Ağayevin və
C.Behbudov, hökümət üzləri – X.Rəfibəyov, İ.Ziyadxanov, məşhur pedaqoq-alim F.Köçərli və b.
öldürüldü.
Müsəlman hərbiçilərdən S.Sulkeviç, İ.Usubov, Haşımbəyov, Kazım Mirzə Qacar, İmanulla
Mirzə Qacar, Həbib bəy Səlimov, Rüfət bəy Şıxlinski, A.Ziyadxanov qırmızı terrorun qurbanı oldu.
1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edildi. Bakıya gətirildi. O,
noyabr ayında Stalin tərəfindən həbsdən azad edilib, Moskvaya aparıldı M.Ə.Rəsulzadə 1922-ci ildə
Finlandiyaya, oradan da Türkiyəyə müraciət etdi.
1920-ci ilin sentyabrından Azərbaycanda kəndlilərin vəziyyətini ağırlaşdıran ərzaq sapalağı
tətəbiq olundu.
Azərbaycanda çoxpartiyalılığa son qoyuldu. AK(b)P-dən başqa bütün partiyalar ləğv edildi.
1920-ci il aprel çevrilişindən sonra Azərbaycanda sovet rejiminə qarşı müqavimət hərəkatı
başladı.
Dostları ilə paylaş: