Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
66
Dişlərin seçilməsi və düzülməsi.
Dişlər müəyyən kriteriyalara əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat),
yaşına (yaşlı xəstələrdə kəskin olmayan tinlər), cinsinə (qadınlarda daha incə, bəyaz), dərisinin,
saçının, gözünün rənginə (bəyaz və ya tünd), alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu
dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin
seçilməsi və düzülməsi mərkəzi okklüziyanın təyini zamanı modellərdə həkimin işarə etdiyi səmt
xəttlərinin köməkliyi ilə həyata keçirilir.
Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas dişlərin
müsbət keyfiyyətlərindən başqa çatışmayan cəhətləri də var: lazımi qədər keyfiyyətə malik deyil,
sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional baxımdan daha uzun ömürlü və
effektivdir. Bu dişlərin səthi praktiki olaraq sürtülmür. Çini dişləri yonarkən çox təzyiq etmək olmaz
(çatlar və sınıqlar əmələ gəlməsinə görə).
Dişlərin düzülməsi, olçüsünün seçilməsi səmt xəttlərinə əsasən aparılır. Mərkəzi xətt dişlərin
düzülüşündə simmetriyanı qorumağa kömək edir. Gülüş xəttinin köməyi ilə dişlərin (frontal) ölçüsünü
(hündürlüyünü) düzgün seçmək olar. Köpək xəttinin arasındakı məsafədə 4 və ya 5 diş yerləşməlidir
(dişlərin ölçüsünü düzgün seçməyə kömək edir). Dişlərin düzülməsi ön dişlərdən başlayır. Əgər
alveolyar çıxıntı yaxşı nəzərə çarpırsa, onda dişlər bir az cilalanır
(
təbii diş təəsuratı yaratmaq üçün).
Dişlərin belə düzülüşü nöqtəvi düzülmə adlanır. Bu cür birinci premolyarı da düzmək olar. Bu düzülüş
estetik tələblərə cavab verir. Alveolyar çıxıntının atrofiyası və ya qüsüru zamanı ön dişlər süni diş
ətinə qoyulur, sonra antaqonistlə yoxlanır. Süni diş böyük olduqda şlifmotorda almaz disklərlə,
daşlarla yonulur. Qızdırılmış şpatellə mum yastıq yumşaldılır və növbə ilə mərkəzi və yan kəsicilər,
köpək dişlər bərkidilir. Çeynəmə dişlərin qabarları antaqonistlərdəki dərinliklərə uyğun gəlməlidir.
|