Protez sərhəddinin çəkilməsi, şablon yastığının hazırlanması.
Üst çənədə sərhədlərin cızılması: yanaq və dodaq tərəfdə bu sərhəd keçid büküşündən, qabaq
tərəfdə isə üst dodaq yüyənini keçir, dartılar kənarda qalmaqla, damağın dodağa keçən sərhəddi boyu
arxa alveol çıxıntıları daxil olmaqla “A”xətti boyu çəkilir. Hərəkətli selikli qişa protezdən kənarda
qalmalıdır.
Alt çənədə sərhədlərin cızılması: qabaq tərəfdə alt dodaq dartıları istisna olmaqla, alt dodağın
damağa keçən sərhəddi boyu, içəridən isə dil dartısı istisna olmaqla çəkilir. Hərəkətli selikli qişa
protezdən kənarda qalmalıdlr.
Sərhədlər cızıldıqdan sonra dişləm şablonu hazırlanır. Mum lövhəsini bir tərəfdən qızdırıb, əks
tərəfini sərhəddini çəkdiyimiz modelin üstünə qoyub, baş barmaq vasitəsi ilə ehtiyatla modelə
yapışdırırıq. Mumu elə sıxmaq lazımdır ki, standart eninə toxunmamaq şərtilə. Şpateli qızdırıb mumun
artıqlarını sərhəd boyu kəsirik. Bu dişləm şablonudur. Məftili qızdırıb, dişləm şablonunun üzərinə
yapışdırırıq. Mumun qalan hissəsini hər iki tərəfdən qızdırıb, uzunsov halda yuvarlayırıq, sonra dişləm
şablonunun üzərinə qoyuruq (diş qövsinə tam paralel olmaqla)
Dişləm şablonu və okklüzion yastığına olan tələblər:
Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalıdır.
Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm.
Dostları ilə paylaş: |