Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
68
Hazır protezin küvetdən çıxarılması, işlənməsi, pardaxlanması və
parıldadılması.
Polimerizasiya bitdikdən sonra (45 dəq) küvet açılır və plastmas protez gipsdən ayrılır. Protez
obraziv materiallarla işlənir artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, yeyə,
karborund frezlər, almaz daşlar istifadə olunur (burğac maşınında və ya şlifmotorda). Ştixel dişarası
sahələrin işlənməsi üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir.
Şaber protez səthinin nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir.
Pardaxlanma sumbata kagızı (najdak kağızı) ilə daha qaba dənədən başlayaraq aparılır və sonra
şlifmotor və burğac maşını ilə davam etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır,
daxili səth və süni dişlər pardaxlanmır. Klammerlərin uclarına hamar forma verilir.
Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır.
Cilalanma filtslə pemza və su qarışığına batırılaraq aparılır. Ağız boşluğuna baxan tərəfdən başqa
bütün səthlər cilalanır. Cilalanma güzgü parıltısı olana qədər aparılır. Protezin qızmasınin qarşısını
almaq üçün, onu daim soyuq suya salmaq lazımdır.
Son güzgü parıltısı yumşaq fırça və tabaşir və ya diş tozunun su qarışığı ilə verilir. Metal
klammerlərə parıltı QOİ pastası və sapdan olan fırça ilə verilir.
Dostları ilə paylaş: |