Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 69 

 

MÖVZU  15. 



Çıxan  protezlərdə  işlədilən  klammerlər  və onların  növləri  haqqında  anlayış. 

Klammerlərin  hazırlanma  texnologiyası. 

Klammerlər protezi ağız boşluğunda saxlayan və fiksasiya edən ən geniş yayılmış vasitədir. 



1. Materialına görə klammerlər bölünür: 

- Metal 


- Plastmas 

- Metal-plastmas 



2. Yerləşməsinə görə klammerlər bölünür: 

- Diş 


- Damaq (pelot) 

- Diş-damaq 



3. Formasına görə klammerlər bölünür: 

- Dairəvi 

- Yarımdairəvi 

- Lentşəkilli 



4. Hazırlanma metoduna görə klammerlər bölünür: 

- Ştamplanmış  

- Əyilmiş  

- Tökmə 


5. Funksiyasına görə klammerlər bölünür: 

- Tutucu 

- Dayaq  

- Dayaq-tutucu 



6. Diş əhatəsinə görə klammerlər bölünür: 

- Birçiyinli  

- İkiçiyinli 

- İkiqat 

- Halqaşəkilli 

- Çox şaxəli 

- Aşırma  

7. Bazisə birləşməsinə görə klammerlər bölünür: 

- Stabil 

- Labil 

- Yarımlabil. 

Klammerlər  əymə  və  tökmə  metodu  ilə  xrom-nikel,  xrom-kobalt  və  qızıl-platin  ərintilərindən 

hazırlanır. Birçiyinli klammer - çiyindən, cisimdən və çıxıntıdan ibarətdir. Bu klammerlərin çiyni 

dayaq  dişin  vestibulyar  səthi  tərəfdən ekvatorla  dişəti  arasını  əhatə  edir.  Klammerin çiyni  mümkün 

qədər çox nöqtədə dişlə təmasda olmalıdır. Sakitlik vəziyyətində dişə təzyiq etməməlidir, çiynin sonu 

cilalanmış  və  dairəvi  formalı  olmalıdır.  Klammerin  cismi  dişin  yan  səthində  ekvator,  diş  cərgəsi 

deffektinə doğru yönəlmiş olur. Klammer cismi nə qədər çox ifadə olunarsa, o bir o qədər elastik olur 

və  dayaq  dişinə  az  təsir  edir.  Klammer  çıxıntısı  alveol  çıxıntısına  paralel  olaraq,  süni  dişin  altında 

protez bazisinə daxil edilir. Bu zaman o, alveol çıxıntının ortasından 1,0-1,5 mm içəriyə doğru yerləşib 

klammeri protez bazisinə birləşdirir. 

Klammer formalı və krampon kəlbətinlərlə dişin gips modeli üzərində əyilir. Məftilin ucu, yeyə 

və  ya  nadfillə dairəvi forma verilərək hamarlanır. Formalı kəlbətinlə klammerin çiyni elə əyilir ki, o, 

dişətinə dəymədən diş boynu xəttini təkrar edərək ekvatorun vestibulyar səthini əhatə etsin. Çeynəmə 

səthinə  və  ya  kəsici  kənara  çataraq,  klammer  cisminin  əvvəlini  əmələ  gətirən  II  əyrilik  yaradılır.  III 

əyrilik II əyriliyə nəzərən düz bucaq altında formalaşdırılır və alveol çıxıntının dişsiz sahəsi boyunca 

protez bazisində süni dişlərin altına yönəldilir. Əgər standart klammer yoxdursa, çıxıntının ucu çəkiclə 

hamarlanır və yeyə ilə üzərində çıxıntılar yaradılır. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin