Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 70 

 

MÖVZU  16. 



7000000  0000007 dişlərdən ölçü götürülməsi.  Modelin  tökülməsi. 

 

Ortopedik stomatologiya klinikasında ölçü almaq üçün istifadə edilən ölçü materialları aşağıdakı 



təlabatlara  cavab  verməlidir:  yüksək  plastikliyə  malik  olmalı,  ağız  boşluğuna  asanlıqla  daxil  edilib 

çıxarılmalı, ölçü alınan zaman və model tökülərkən həcmini dəyişməməli, ağız boşluğunda müəyyən 

bir müddət ərzində bərkiməli, ölçü götürülən sahənin makro- və mikrorelyefini dəqiq əks etdirməli, pis 

qoxu və dada  malik olmamalı, ağız boşluğunun selikli qişasına zərərli təsir göstərməməlidir.  

Bu  və  ya  digər  ölçü  materialını  xarakterizə  edərkən  onun  elastikliyi  temperaturdan  və 

qatılığından asılı olaraq bərkimə müddəti, plastikliyi, qalıq deformasiyası və həcminin kiçilməsi nəzərə 

alınmalıdır. 

Ölçü almazdan  qabaq standart qaşığın kənarlarının fərdiləşdirilməsi məqsədəuyğundur. Bunun 

üçün qızdırılmış və iki qatlanmış mum lövhəsi qaynar şpatellə qaşığın kənarlarına yapışdırılır. Qaşıq 

ağız  boşluğuna  daxil  edilir  və  mum  alveol  çıxıntısına  sıxılır.  Mumun  aktiv  hərəkətli  selikli  qişa 

zonasına keçən hissələri kənarlaşdırılır. Bundan sonra ölçü materialı hazırlanır, qaşığa yaxılır və ağız 

boşluğuna  daxil  edilir.  Ölçü  alındıqdan  sonra  həkim  ölçünü  nəzərdən  keçirərkən  onun  kənarlarına, 

protez  yatağındakı  bütün  anatomik  törəmələrin  (yüyənlər,  qabarlar  və  s.)  ölçüdə  əks  olunub-

olunmamasına fikir verməlidir. 

Laboratoriyada  ölçüdən  model  tökülür.  Modeldə  kimyəvi  qələmlə,  düzəldiləcək  protezin 

sərhədləri təyin edilir. 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin