Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
71
antaqonist dişlərin izi qalır. Həkim kosmetik mərkəzi, gülüş xəttini, köpək xəttini qeyd edir. Mərkəzi
okklüziyanın təyinindən sonra mum bazis model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq,
modellər mərkəzi okklüziya vəziyyətində qurulur və okklüdatora gipslənir.
Mərkəzi okklüziya vəziyyətində modellərin okkuldatora bərkidilməsi.
Süni dişlərin seçilməsi.
Həkim tərəfindən mərkəzi okklüziyanın təyini və oriyentir xəttləri (səmt) çəkilməsindən sonra
mum bazis ağız boşluğundan çıxarılır, gips model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq
modellər mərkəzi okklüziya vəziyyətində qurulur. Texnik modelləri mərkəzi okklüziya vəziyyətində
saxlamaq üçün taxta çubuqlardan istifadə edir. Yapışdırılmış modelləri okklüdatora gipsləmək üçün
modellər bir neçə dəqiqə suya salınır. Gips qarışdırılır, bir hissəsi stol üzərinə qoyulur və okklüdatorun
aşağı çərçivəsi gipsə yerləşdirilir. Yenidən bir hissə gips qoyulur, üzərinə modellər yerləşdirilir.
Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra gips qatı yuxarı çənə modelinə
qoyulur, okklüdatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Modelləri okklüdatora
mərkəzləşdirilmiş şəkildə qoyuruq. Elə etmək lazımdır ki, hündürlük ştifti daim meydançaya toxunsun
və modellər yerini dəyişməsin. Gips quruduqdan sonra taxta çubuqlar çıxarılır. Ehtiyatla okklüdator
açılır, modellər aralanır.
Dişlər müəyyən kriteriyalara əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat),
yaşına (yaşlı xəstələrdə kəskin olmayan tinlər), cinsinə (qadınlarda daha incə, bəyaz), dərisinin,
saçının, gözünün rənginə (bəyaz və ya tünd), alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu
dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin
seçilməsi və düzülməsi mərkəzi okklüziyanın təyini zamanı modellərdə həkimin işarə etdiyi səmt
xəttlərinin köməkliyi ilə həyata keçirilir.
Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas dişlərin
müsbət keyfiyyətlərindən başqa çatışmayan cəhətləri də var: lazımi qədər keyfiyyətə malik deyil,
sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional baxımdan daha uzunömürlü və
effektivdir. Bu dişlərin səthi praktiki olaraq sürtülmür. Çini dişləri yonarkən çox təziq etmək olmaz
(çatlar və sınıqlar əmələ gəlməsinə).
Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida
ilə əlaqədə olmamalıdılar, orqanizmə ziyanı olmamalıdır, qidalanma zamanı möhkəm olmalıdırlar,
təzyiqə dözümlü olmalıdırlar. Həm plastmas, həm də çini dişlərin tətbiqinə göstəriş olmalıdır. Tam
çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha
yaxşıdır. Bundan əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri.
|