Son modelləşdirmə. Protezin küvetə gipslənməsi, yuyulması və
polimerizasiyası.
Dişlər düzüldükdən sonra əridilmiş mumla süni dişlərin boynu 1 mm mumda qalmaq şərtilə və
yaxşı fiksasiya məqsədilə bazisə bərkidilir. Sonra bazis səthinin modelləşdirilməsinə keçirilir. Bazisə
gələcək protezin forma, relyef və qalınlığı verilir. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Diqqət
vermək lazımdır ki, bazis oral tərəfdən ön dişlərin qabarını, yan dişlərin ekvatorlarını örtməsin.
Modelləşdirmə yanaq, dodaq və damaq səthlərində aparılır. Ön dişlərin boynu yanında süni
damağın vestibulyar səthi alveol çıxıntının relyefini imitasiya edən köklər və qabarıqlıqlar üzərində bir
qədər dairəvi modelləşdirilir. Yan dişlər yanında nahiyəsində damaq səthi elə modelləşdirilir ki, dişlər
qapandıqda ökklüziya pozulmasın, nitqi poza bilən qalınlıqlar əmələ gəlməsin. Protezin damaq
sahəsinin konfiqurasiyası damaq büküşlərini də əhatə edərək, xəstənin damaq konfiqurasiyasına təkrar
edir.
Protezin sərhədi A xəttinə doğru hamar, eyni qalınlıqda aparılır və tam nazildilir. Bazisin
kənarları dairəvi, hamar olub, neytral zona sərhədinin relyefini təkrar edir.
Aşağı çənədə dodaq səthi protezin ağzın dairəvi əzələsi ilə yaxşı fiksasiya olunması üçün ön
dişlərin boynu nahiyəsində bir qədər qabarıq modelləşdirilir.
Aşağı dodaq yüyəninin və dodaq dartılarının çox inkişafı zamanı süni dişətinin kənarı ağzın
açılması zamanı onların gərginləşməsi nəzərə alınaraq modelləşdirilir. Dil səthi ön dişlər nahiyəsində
dilin rahat hərəkəti və yerləşməsi üçün bir qədər yastılanmalıdır. Bazisin kənarlarına dairəvi forma
verilir. Protezin arxa kənarları aşağı çənə budağının daxili səthində molyararxası üçbucaqda
yerləşməlidir. Bu, əzələsiz zona adlanan yerlər protezin yaxşı fiksasiyasına kömək edir. Bu nahiyədə
mumdan pelotlar modelləşdirilib paslanmayan poladdan hazırlanmış yayvari məftillə bazisə
birləşdirilir. Modelləşdirmədən sonra mum bazis modeldən çıxarılır, qızdırılmış şpatellə kənarları
hamarlanır və yenidən model üzərinə qoyulur, sonra artikulyatorla birlikdə klinikaya yoxlanma üçün
göndərilir.
|