Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə112/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 75 

 

Protez najdak kağızı ilə daha qaba dənədən başlayaraq pardaxlanır. Bundan başqa şlifmotor və 



burğac maşını ilə də pardaxlamaq mümkündür. Bunun üçün najdak parçası zolaqlarla kəsilir bir tərəfi 

şlifmatorun ucluğunun kəsiyinə keçirilir. Beləliklə protezin kənarı və xarici səthi pardaxlanır, protezin 

daxili  səthi  və  süni  dişlər  pardaxlanır.  Klammerlərin  uclarına  dairəvi  və  hamar  forma  verilir.  Qızıl 

klammerlər zərif dənəli məxmər adlanan najdak  kağızı ilə pardaxlanır. 

Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır, kimyəvi 

və  fiziki  təsirlərdən  qoruyur.  Cilalama  keçədən  olan  silindrik  və  konusvari  filtslərlə  şlifmotorda 

aparılır. Pardaxlama  və cilalama zamanı protez baş göstərici və orta barmaqlarla (hər iki əlin) tutulur. 

Əvvəlcə  konusvari  filtslə  dişlərin  arası,  pemza  və  su  qarışığına  batırılaraq  cilalanır.  Sonra  silindrik 

filtslə  ağız  boşluğuna  baxan  tərəfdən  başqa  qalan  səthlər  cilalanır.  Cilalama  güzgü  parıltısı  əldə 

olunana  qədər  aparılır.  Filtslə  keçilməyən  hissələr  qaba  dairəvi  tük  fırça  ilə  cilalanır.  Protezin 

qızmasının qarşısını almaq üçün onu daim soyuq suya salmaq və protezi əldə fırlatmaq lazımdır. 

Son güzgü  parıltısı yumşaq fırça və tabaşir və ya diş tozunun su ilə qarışığı ilə verilir. Bütün iş 

ərzində protezi əldə möhkəm saxlamaq lazımdır, protezin kənarı istiqamətdə toxunmamalıdır. Metal 

klammerlərə  parıltı  QOİ  pastası  və  sapdan  olan  fırça  ilə  verilir.  İşlənmə,  pardaxlama  və  cilalama 

zamanı daim işıqda protezin qalınlığına nəzarət etmək, daşlarla klammerin kənarlarını zədələməmək, 

sərhəddi qısaltmamaq lazımdır.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin