Protezin polimerizasiyadan sonrakı işlənməsi, pardaxlanması.
Polimerizasiya bitdikdən sonra, küvet açılır və plastmas protez qipsdən ayrılır. Protez abraziv
materiallarla işlənir-artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, karborund frezlər,
almaz daşlar istifadə olunur. (burğac maşıninda və ya şlifmotorda) Ştixel dişarası sahələrin işlənməsi
üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir. Şaber protez səthinin
nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir.
Pardaxlanma sumbata kağızı ilə aparılır və daha sonra şlifmotor və burğac maşını ilə davam
etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, daxili səth və süni dişlər pardaxlanmır.
Klammerlərin uclarına hamar forma verilir.
Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır.
Cilalanma güzgü parıltısı olana qədər aparılır. Protezin qızmasının qarşısını almaq üçün, onu daim
soyuq suya salmaq lazımdı.
S10101o100n güzgü parıltısı yumşaq fırça və tabaşirlə verilir. Metal klammerlərə parıltı QOİ
pastası və fırça ilə verilir. Daha sonra protez sabunlu su ilə fırça ilə yuyulur.
|