Antaqonist ölçünün alınması. Modelin tökülməsi. Dişlərin seçilməsi.
Ölçüdə protez yatağının əksi dəqiq olarsa, onun üzərindən model alınır. Ölçünün üzərinə
qarışdırılmış gips porsiyalarla tökülür və astaca silkələnilir (məsamələrin olmaması üçün). Gips tam
quruduqdan sonra qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır.
Dişlər müəyyən kriteriyalara əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat),
yaşına (yaşlı xəstələrdə kəskin olmayan tinlər), cinsinə (qadınlarda daha incə, bəyaz), dərisinin,
saçının, gözünün rənginə (bəyaz və ya tünd), alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu
dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin
seçilməsi və düzülməsi mərkəzi okklüziyanın təyini zamanı modellərdə həkimin işarə etdiyi səmt
xəttlərinin köməkliyi ilə həyata keçirilir. Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə
almaq lazımdır ki, plastmas diələrin müsbət keyfiyyətlərindən başqa çatışmayan cəhətləri də var:
lazımi qədər keyfiyyətə malik deyil, sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional
baxımdan daha uzunömürlü və effektivdir. Bu dişlərin səthi praktiki olaraq sürtülmür. Çini dişləri
yonarkən çox təziq etmək olmaz (çatlar və sınıqlar əmələ gəlməsinə görə).
Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida
ilə əlaqədə olmamalıdılar, orqanizmə ziyanı olmamalıdır, qidalanma zamanı möhkəm olmalıdırlar,
təzyiqə dözümlü olmalıdırlar. Həm plastmas, həm də çini dişlərin tətbiqinə göstəriş olmalıdır. Tam
çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha
yaxşıdır. Bundan əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri.
Dostları ilə paylaş: |