Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə115/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 77 

 

MÖVZU  19. 



72  37 dişlərə qapaqların  və gizli  qarmaqların  hazırlanması. 

 

Gizli klammer hissəvi çıxan lövhəli protezin fiksasiyasında istifadə olunan fiksasiya üsulu olub, 



estetik baxımdan əlverişlidir. Dayaq dişlərinə təzyiqi az verir. Klammer paslanmayan poladdan və ya 

qızıl-platin ərintisindən hazırlana bilər. Diş cərgəsi qüsurunu distal tərəfdən tamamlayan  dişlərə, son 

qüsurda isə mezial tərəfdən tamamlayan dişlərə qapaq hazırlanır. Qapaq ağız boşluğunda yerləşdirilib, 

çənədən ölçü götürülür, gipsdən model tökülür. Qapaqların yan səthinin ortasına qapağın hazırlanacağı 

ərintidən  olan  məftil  mumla  yapışdırılır.  Paralelometrdə  gips  modeli  üzərində  məftilin  paralelliyi 

yoxlanılır, qapağa elə birləşdirilir ki, məftilin yuxarı kənarı ilə qapaq arasında gizli klammer üçün yer 

qalsın və məftilin aşağı kənarı damağa çatmasın. 

Sonra  krampon  və  girdə  ağız  kəlbətinlə  klammeri  yarımdairəvi  şəkildə  əyirlər.  Bir  kramponla 

klammeri tuturlar,  digər  kramponla isə onun  çıxıntısını əyirlər,  qurtaracağı  yastılanır  və  süni  dişlərin 

bazisinə daxil edilir. Sonda qapaqda  klammer üçün oyuq açılır.  



 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin