Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
72
MÖVZU 17.
Dişlərin düzülməsi. 32134 nahiyəsində Kemeniyə görə dentoalveolyar
qarmağın hazırlanması.
Alveol çıxıntısının vestibulyar səthində çəhrayı plastmasdan və dişin vestibulyar səthində boyun
ətrafı hissədə şəffaf və ya dişin öz rəngində olan plastmasdan xüsusi qarmaqlar hazırlanır. Bu
qarmaqların hazırlanması texnologiyası ilk dəfə olaraq macar alimi Kemeni tərəfindən təklif
olunmuşdur. Belə qarmaqlar diş cərgəsi qüsuru yanında 2-3 dişi əhatə edib, protezin çənədə
saxlanmasına kömək edir. Dişləri şinalayır, horizontal təzyiqdən qoruyur və estetik təlabata cavab
verir. Dişlər düzüldükdən və protez konstruksiyası yoxlandıqdan sonra, protez gips-model üzərinə
qoyulur, karandaşla qarmaq sərhədləri cızılır və modelləşdirməyə başlanılır. Qarmağın alveolyar
hissəsi keçid büküşü ilə klammer altına qeyd olunmuş dişlərin boynu arasında yerləşir, diş hissəsi isə
dişətinin kənarından dişin ekvatoruna doğru gedir. Qeyd olunmuş sərhədlər üzrə gips modelə
yumşaldılmış mum lövhə qoyulub sıxılır, qaynar mumla süni damağa (mum) yapışdırılır və sərhəd
boyu kəsilir, dişəti məməcikləri üçün kəsiklər aparılır. Qarmaqların alveol hissəsinin eni 4-6 mm,
qalınlığı 2 mm, diş hissəsinin eni 1,5-2,0 mm, qalınlığı 0,5-1,0 mm olmalıdır. Alveolyar hissəyə keçid
büküşünə doğru dairəvi forma verilir, diş hissəsinin kənarına diş ekvatorunun forması verilir və
qarmağın deformasiyasının qarşısını almaq üçün modelə yapışdırılır. Model əks üsulla küvetə
gipslənir, mum qarmaq əridilir, onun diş hissəsinə şəffaf və ya ağ plastmas, alveolyar hissəsinə isə
çəhrayı plastmas qoyulur. Yoxlama presləmədən sonra küveti açıb plastmasının düzgün
yerləşdirilməsinə baxılır. Əgər plastmas qarmaqların diş hissəsinə düşübsə, onda onu dişin boynuna
qədər kəsib, şəffaf və ya ağ plastmas ilə əvəz edirlər, yenidən presləyib, bügelə bərkidib,
polimerləşdirirlər. Sonra protezi ehtiyatla küvetdən çıxarır, işləyir və cilalayırlar.
Dostları ilə paylaş: |