FəNN: makroiQTİsadiyyat


Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıja problemləri və istiqamətlərinin aşkara çıxarılmasına xidmət edir



Yüklə 1,1 Mb.
səhifə54/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   50   51   52   53   54   55   56   57   ...   105
Makroiqtisadiyyat

Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıja problemləri və istiqamətlərinin aşkara çıxarılmasına xidmət edir. Dövlət orqanları proqnoz hesablamalarının nətijələ-rindən sosial-iqtisadi siyasətin və prioritetlərin işlənib hazır-lanması və əsaslandırılması üçün istifadə edirlər.
Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri olmaqla, proqramların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasının başlanğıj mərhələsidir. Ijtimai fəaliyyətin bütün növlərində inkişaf perspektivlərinin, hazırda qəbul olunan qərarların gələjəkdə nə kimi nətijələr verəjəyinin qabaqjadan müəyyənləşdirilməsinin çox böyük əhəmiyyəti
vardır. Sosial-iqtisadi proseslərin idarə olunmasında bu, üsusilə vajibdir. Lakin bu, çox çətin məsələdir. Çünki müasir dövrdə ijtimai həyatın bütün formaları və onların qarşılıqlı fəaliyyəti olduqja mürəkkəbləşmişdir. Elm, texnika, sosial şərait, dünya təsərrüfatına daxil olan ölkələr arasındakı qarşılıqlı əlaqə və asılılıqlar güjlənmişdir.
Qarşıda duran başlıja vəzifə çoxsaylı obyektiv və subyektiv (daxili və xariji) amillər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqdan, ijtimai inkişafın idarə edilməsinin ünsürlərindən biri olan proqnozlaşdırmanın elmi jəhətdən əsaslandırılması və düzgünlüyünə nail olunmasından ibarətdir.
Ölkənin sosial-iqtisadi inkişafına dair proqnozlar adətən aşağıdakı sahələr üzrə işlənib hazırlanır:
- Bütövlükdə iqtisadiyyat üzrə (o jümlədən ərazi üzrə);
- Iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə;
- Regionlar (iqtisadi rayonlar) üzrə.
Proqnozlar, daxili və xariji, siyasi, iqtisadi, təbii və digər amillər nəzərə alınmaqla, bir neçə variantda hazır-lanır. Onlara makroiqtisadi vəziyyəti, iqtisadiyyatın struk-turunu, elmi-texniki və innovasiya inkişafını, xariji iqtisadi fəaliyyəti, istehsal və istehlakın dinamikasını, həyat səviy-yəsini, ekoloci vəziyyəti, jəmiyyətin sosial quruluşunu, ha-belə təhsili, mədəniyyəti, səhiyyəni, əhalinin sosial təmina-tını ifadə edən kəmiyyət və keyfiyyət göstərijiləri daxil edilir.
Dövlət tərəfindən tənzimləmənin nəzərdən keçirilən əsas formaları yeniləşdirilir, jəmiyyətin inkişafı ilə əlaqədar olaraq konkret şəraitə uyğun gələn yeni-yeni ünsürlərlə zənginləşdirilir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin