3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.
Beynəlxalq miqyasda kapitalın hərəkəti dedikdə, onun ixrac edilməklə xaricdə yerləşdirilməsi nəzərdə tutu-lur. Kapital isə aşağıdakı formalarda ixrac olunur: 1) Xüsusi və ya dövlət kapitalı formalarında; 2) Pul və əmtəə kapitalı formalarında. Maşın və avadanlıqlar, patentlər və nou-hau ixracı, habelə əmtəə formasında verilən kreditlər də kapital ixracına aiddir. 3) Qısa müddətli (adətən bir ilə-dək) və uzun müddətli formalarda. Borc formasında kapital ixracı (borc kapitalı) sahibinə əsas etibarilə əmanətlər, verilmiş borc və kreditlər üzrə faiz şəklində, sahibkar kapi-talı isə mənfəət formasında gəlir gətirir.
Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir. BVF-nin müəyyən etdiyinə görə birbaşa investisi-yaların səciyyəvi cəhəti ondan ibarətdir ki, sahibkar investi-siya qoyduğu əmlakın (müəssisənin) idarə olunmasında nəzarəti öz əlində saxlayır. Dolayı investisiyalar isə onun sahibinə belə bir səlahiyyət vermir. Çünki bu investisiyalar adətən səhmlər zərfindən (yaxud da ayrı-ayrı səhmlərdən) ibarət olur. Bu, firmaların xüsusi kapitalının 10-20%-dən azını təşkil edir. Dolayı investisiyalara istiqrazlar və digər qiymətli kağızlar da daxildir. Ayrı-ayrı ölkələrdə formal olaraq birbaşa və dolayı investisiyalar arasında müxtəlif formalarda və müəyyən hədd daxilində fərq qoyulur. Lakin bu hədd şərtidir. Ona görə ki, bəzi hallarda, xüsusilə də fir-maların özlərinə məxsus olan kapital çoxsaylı həmsahiblər arasında bölündükdə, səhmlərə sahib olmaq idarəetməyə nəzarəti həyata keçirməyə imkan verir. Sahibkar və borc kapitalları arasında da belə qeyri-müəyyən hədd qoyulur. Məsələn, firmaların özlərinin xaricdə olan filiallarına verdikləri borc birbaşa investisiyalara aid edilir.
Investorlar birbaşa investisiyaları ixrac etməklə baş-qa ölkələrdə yeni firmalar (müstəqil və ya yerli tərəfdaşlarla birlikdə) təsis edir, yaxud da xaricdə fəaliyyət göstərən fir-malarda müəyyən paya sahib olurlar. Xaricdə belə firmaları adətən filial (ingiliscə – foreign affilates) adlandırırlar.
Bu filiallar da öz növbəsində şöbələrə, qız və assosia-tiv şirkətlərə bölünür. Şöbə (ingiliscə – division, branch) xaricdə qeydiyyatdan keçsə də xüsusi balansa malik olan müstəqil şirkət hesab edilmir və əsas firmaya məxsus olduğu üçün hüquqi şəxs sayılmır. Qız şirkətləri (ingiliscə – subsidiary) isə xaricdə müstəqil şirkət kimi qeydiyyatdan keçirilir, başqa sözlə, müstəqil balansa malik olmaqla, hüquqi şəxs hesab edilir. Lakin onun fəaliyyəti üzərində nəzarəti səhmlərin əsas hissəsinə, yaxud da onun kapitalına sahib olan baş firma həyata keçirir. Assosiativ şirkətlər (accociated company, accociate) qız cəmiyyətlərindən onunla fərqlənir ki, o, baş firmanın nəzarəti altında deyil, təsiri altında olur. Çünki assosiativ şirkətlərin səhmlərinin çox böyük hissəsi bir şirkətə məxsus olur. Bu şirkətlərin müxtəlif növləri ola bilər. Bunlardan biri iki və daha çox milli firmanın (onların içərisində xarici firmalar da ola bilər) vəsaiti hesabına yaradılan müştərək şirkətlərdir. Ingiliscə buna joint ventures deyilir. Müştərək müəssisələr az çeşiddə məhsul buraxa və qısa müddət mövcud ola bilər. Burada xarici müəssisələrin iştirakı məcburi deyildir.
Bəzi hallarda bir səhminin belə baş şirkətə məxsus olmadığı müəssisələri də xarici firmalara aid edirlər. Baş firmalar onlara (filiallara) müqavilə əsasında nəzarət edirlər. Müqavilə filialın idarə edilməsilə əlaqədar olaraq bağlana bilər. Bunlara mehmanxanaların idarə olunmasına dair razılaş-maları misal göstərmək olar.
Xaricdə fəaliyyət göstərən kapitalın dəyəri olduqca çoxdur. Belə ki, 1996-cı ilə olan məlumata görə dünyada birbaşa investisiyalar təqribən 3 trln. dollara bərabərdir. Dünyada mövcud olan 40 min baş firmanın (transmilli korporasiyaların) sahib olduğu 270 mindən çox xarici filiallar var və onların sayı daim artır. Bunların çoxu orta və kiçik müəssisələrdir və dünya bazarlarına daha çox çıxırılar. Lakin qeyd etmək lazımdır ki, transmilli korporasiyaların əsasını hələ də onlarla, bəzi hallarda hətta yüzlərlə xarici filialı olan iri korporasiyalar təşkil edirlər. Belə ki, birbaşa xarici investisiyaların 1/3 hissəsi bazar iqtisadiyyatının inki-şaf etdiyi ölkələrin yüz iri korporasiyasının payına düşür. Bu korporasiyaların mənzil-qərargahının 90%-dən çoxu da məhz bu ölkələrdə yerləşmişdir. Lakin transmilli korporasi-yaların sayı inkişaf etməkdə olan və keçid dövrü iqtisadiy-yatını "yaşayan" ölkələrdə daha sürətlə artır. Bu proses özünü Meksika, Braziliya, ÇXR, Koreya Respublikası, Rusiya və başqa ölkələrdə daha bariz şəkildə göstərir.
Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxu belə hesab edir ki, onların bazarı yalnız ticarətlə məh-dudlaşa bilməz, xaricə daha çox investisiya qoymağa çalış-maq, şöbə, filial, assosiativ firma yaratmaq lazımdır. Onla-rın fikrincə bu, həmin firmaların xarici bazara nüfuz etmə-ləri və öz fəaliyyətlərini genişləndirmələri üçün etibarlı üsuldur.
Dostları ilə paylaş: |