FəNN: makroiQTİsadiyyat


Xaricdə investisiya fəaliyyətindən mümkün



Yüklə 1,1 Mb.
səhifə72/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   68   69   70   71   72   73   74   75   ...   105
Makroiqtisadiyyat

Xaricdə investisiya fəaliyyətindən mümkün olan itkiləri sı­ğor­talamaq üçün firmaların ehtiyat fondlarının ya-radılması və ya geniş­ləndirilməsi;

  • Xüsusi sığorta şirkətləri, habelə dövlət təşkilatları vasitəsilə siyasi riskdən sığortalanma. ABŞ-da bunları Ixrac-idxal bankı və xarici xüsusi investisiya korporasiyaları həyata keçirirlər (OPYS)1.

  • Elə layihə seçmək lazımdır ki, bu, doğrudan da onu qəbul edən ölkəyə lazım olsun və xaricdə "himayə" edilsin;

  • Riskin, mülkiyyətin qeyri-səhmdar formasından istifadə olun­­masına əsaslanan səmtə yönəldilməsi.

    Riskin azaldılmasına imkan verən digər üsullardan da istifadə edilə bilər və bunlar şübhəsiz ki, kapitalın hərəkətinin sürətləndirməsinə təsir göstərər.


    5. Beynəlxalq miqyasda iş qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.

    Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksə-riyyətinin iq­tisadi, sosial və demoqrafik inkişafı üçün bey-nəlxalq miqyasda iş qüv­vəsinin və əhalinin miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iq­tisadi münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəs­kin problemlər doğurur.


    Iş qüvvəsinin miqrasiyası əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə get­məsi deməkdir. Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də təsir edir.
    Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərq­lən­dir­mək lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkəyə köçüb getmə (emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkə­lərdən kö­çüb gəlmə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətən­daşların öz vətənlərinə qaytarılmaları da (repatriasiya) əhalinin beynəl­xalq miq­ra­siyasına aiddir.
    Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölü-nür: 1) Öl­kəyə qanuni yolla gəlmiş mühacirlər; 2) Müqavilə üzrə işləyən müha­cirlər. Ölkələrin çoxu xarici iş qüvvə-lərindən asılıdır. Odur ki, onlar iş qüvvəsi artıqlığı olan ölkələrlə müqavilə bağlamaqla özlərinin iş qüvvəsinə olan tələbatlarını ödəyirlər; 3) Qeyri-leqal mühacirlər. Səna­yecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısında qeyri-leqal müha­cirlər vardır. Bunların bir hissəsi sərhədi qeyri-qanuni yolla keçməklə gəlir, bə­ziləri isə qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra gəl­dik­ləri ölkədə qalır və ən adi işlərdə çalışırlar; 4) Sığınacaq istəyən şəxs­lər. XX əsrin 80-ci illərinədək bu kateqoriyadan olan şəxslərin sayı bir qə­dər az olmuş, sonra isə artmışdır. Insanlar sığınacaq haqqında xa-hişi si­yasi səbəblərlə, yaxud da yaşadığı ölkədə iqtisadi və-ziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) Qaçqınlar. BMT-nin məlumatına görə XX əsrin 90-cı illərinin əvvəllərində dünyada 17mln-dan çox qaçqın ol­muş­dur. Indiki qaçqın-ların çoxu müharibə «qurbanlarıdır». Onlar adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.
    Kapital axını, xarici ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiya kimi iş qüvvəsinin beynəlxalq miqra-siyası da obyektiv pro­sesdir. Çünki əmək ehtiyatları da ba-zar qanunlarına uyğun olaraq ən yüksək səmərə verən daha əlverişli şərait axtarır.
    Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurs­larla müqayisəsindən danışarkən onun xüsusiyyətini qeyd etmək lazım­dır. Bu, xüsusi növ əmtəə olan iş qüvvə-sinə aiddir. Bu xüsusiyyət on­dan ibarətdir ki, iş qüvvəsi beynəlxalq iqtisadi münasibətlərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miqrasiya pro­sesi donor və iş qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən təsir gös­tərir.
    Təsərrüfat həyatının beynəlmiləlləşməsi artdıqca bey-nəlxalq miqrasiyanın əhəmiyyəti də artır. Son onilliklərdə beynəlxalq miqrasi­yada əsas axın ABŞ-a doğru yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət edənlərin sayı 4,5 mln. nəfərə çatmışdır ki, bu da 60-cı illərdəkindən təqribən 33% çoxdur. XX əsrin 80-ci il­lə­rin­dən mühacirətin miqyası daha da genişlənmiş və bu, ABŞ əhalisi ar­tı­mının 39%-ni təşkil etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal yolla mühacirət et-mişdir. Keçən əsrin son­larında bu səviyyə demək olar ki, sabit qalmışdır.

    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   68   69   70   71   72   73   74   75   ...   105




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin