Investisiya mühiti və riskinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir, yaradılan firmanın təşkilati-hüquqi forması (birlik, səhmdar cəmiyyəti və i.a.) müəyyən edilir, ehtiyac olduqda, onun xarici təsisçiləri seçilir.
Bundan sonra yaradılan firmanın fəaliyyətinin iqti-sadi səmərəliliyinə qiymət verilir. Bu zaman nəzərə almaq lazımdır ki, təchizat-satış şirkətləri üçün mənfəətin artırıl-ması sahəsində yüksək nəticələrə nail olunması heç də həmişə başlıca məqsəd deyildir. Çünki mənfəətin dividendin artması yolu ilə deyil, firmanın satın aldığı, yaxud da satdığı əmtəələrin qiymətləri hesabına əldə edilməsi daha sərfəlidir. Firmanın yaradılmasının (və ya satın alınmasının) axırıncı mərhələsinə təsis sənədlərinin (müqavilə, nizamna-mə və i.a.) hazırlanması və qəbul edilməsi, ölkə daxilində və xarici ölkədə səlahiyyətli orqanlardan icazə alınması (əgər bu tələb olunursa), qeydiyyatdan keçirilməsi və adının xarici müəssisələrin qeydiyyat reyestrinə salınması daxildir.
Kapitalın beynəlxalq miqyasda hərəkətindən bəhs olunduqda investisiya mühiti və məsuliyyətinin (riskinin) aydınlaşdırılması da çox böyük əhəmiyyət kəsb edir.
Investisiya (bəzi hallarda sahibkarlıq) mühiti dedik-də, kapitalın ixrac olunduğu ölkədəki mövcud şərait nəzərdə tutulur. Bu mühiti çoxsaylı ünsürlərdən ibarət olan aşağıda-kı qruplarda birləşdirmək olar: 1) Ölkədəki sosial-siyasi şərait və onun perspektivləri; 2) Daxili iqtisadi şərait və onun inkişaf perspektivləri; 3) Xarici iqtisadi fəaliyyət və onun perspektivləri. Bunların hər birinin öz "çəkisi" var və bal sistemi ilə qiymətləndirilir. Öz kapitalını ixrac edən sa-hibkarı həm bu amillərin hər biri, həm də ən başlıcası ma-raqlandırır. Xarici sahibkarın fikrincə, bu, onun başqa ölkə-lərdə rastlaşdığı müxtəlif növ məsuliyyətləri səciyyələndirən amillərdir. Bu halda məsuliyyət, investor tərəfindən qoyulmuş vəsaitin itirilməsi ehtimalıdır. Ona görə də "risk" amili əvəzinə sadəcə olaraq "risk", ölkədəki sosial-siyasi, iqtisadi şərait və onun inkişaf perspektivləri əvəzinə isə "daxili iqti-sadi" və "xarici iqtisadi" risk sözlərini işlətmək olar.
Sosial-siyasi risk ölkədəki şəraitin nə dərəcədə sabit olması nəzərə alınmaqla qiymətləndirilir. Çünki ölkədəki sosial-siyasi dəyişikliklər iqtisadi siyasəti elə dəyişdirə bilər ki, bu, xarici şirkətlərə məxsus olan vəsaitin itirilməsi ilə nəticələnər. Daxili iqtisadi və xarici iqtisadi riski də bu cür qiymətləndirmək olar.