Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimullaşdırılması üçün vergi güzəştlərini məhdudlaşdırır. Belə ki, ÜTT-nin üzvü olan ölkələr ixrac üçün istehsal olunan məhsulları müstəqim (birbaşa) vergilərdən azad edə bilməzlər. Odur ki, onlar ixrac olunan məhsullar üçün subsidiyalar ayırmaq məqsədi ilə başqa alternativlər axtarıb tapmalıdırlar. Bəzi ölkələrdə vergi güzəştləri məhsulların ixrac üçün istehsal olunub-olunmamasından asılı olmayaraq bü-tün istehsalçılara şamil edilir. Məsələn, Böyük Britaniyada inflyasiya baş verdikdə dəyən zərəri azaltmaq və ixrac olu-nan məhsulların rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılan maddi dövriyyə vəsaitləri ehtiyatlarına qiymət verərkən bütün istehsalçılara xüsusi güzəştlər nəzərdə tutulur.
Beynəlxalq iqtisadi münasibətlərə əlavə dəyər vergisi də təsir göstərir. Məlum olduğu kimi, ƏDV bir qayda olaraq ixrac olunan məhsullara şamil edilmir. Lakin harada istehsal edilməsindən, başqa sözlə, hansı ölkənin məhsulu olmasından asılı olmayaraq bu və ya digər ölkənin daxili bazarında reallaşdırılan bütün əmtəə və xidmətlərin qiymətlərinə əlavə dəyər vergisi daxil edilir. Ona görə də ƏDV, ixrac olunmaq üçün məhsul istehsalının stimullaşdırıl-masına səbəb olduğu halda, məhsulların idxal edilməsinə əngəl törədir, çünki ƏDV dolayı vergidir və ÜTT-nin məh-dudiyyətləri ilə üzləşmir.
Inkişaf etmiş ölkələrin hamısında demək olar ki, on-ların ərazisində əldə edilən bütün gəlirlərdən vergi tutulur. Bir sıra ölkələrdə – məsələn, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Rusiya və i.a., - onların xaricdə fəaliyyət gös-tərən fiziki və hüquqi şəxslərinin əldə etdikləri gəlirlər də vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, fiziki və hüquqi şəxslərin əldə etdikləri gəlirlər ikiqat vergiyə cəlb oluna bilər. Müxtəlif inteqrasiya qruplaşmalarına daxil olan öl-kələrdə vergi sistemlərinin bir-birinə yaxınlaşması meyli özünü göstərir. Bunu Avropa Ittifaqına daxil olan ölkələrin timsalında daha aydın görmək olar. Belə ki, perspektivdə, Avropa Ittifaqına daxil olan ölkələrdə ümumi vergi dərə-cələrinin müəyyən edilməsi, ikiqat vergitutmanın aradan qaldırılması və s. nəzərdə tutulmuşdur. Bundan başqa, artıq indi bu ölkələr ƏDV-nin vahid dərəcəsi (15%) və vahid minimum aksiz rüsumu haqqında razılıq əldə etmişlər. Bu ölkələrdə buraxılan istiqrazlar üçün milli vergilər bir-birinə yaxınlaşmış (1-2% təşkil edir) və qiymətli kağızlar üzrə rüsumlar ləğv edilmişdir.